O bir igid cavandı,Sular tək coşdu, getdi.Bir alıcı tərlandı,Yuvadan uçdu, getdi.Gedərkən nazlı yarı,Həyatının dildarıQurban dedi yoluna;Yaxınlaşıb qolunaKəlağayı bağladı.Ömrünün gündüzünü

Mərd olmağa çağırıbSöylədi son sözünü;Dedi: “Sevirsən məni,Yaxşı qoru Vətəni”.Qız girincə qoluna,Çıxdılar kənd yoluna.Dinmədilər bir qədər,Əsla danışmadılar.Bəzən susmağın beləÇox böyük mənası var.Sonra gənc: “Sağ ol” – dediQız: “Zəfərlə dönəsən,Sənə yaxşı yol” – dedi.Qayıdarkən geriyəYol yeriyə-yeriyəYaş tökdü gildir-gildir.(Ürək daşdan deyildir).Qövr eləyib ağladı,Oğlansa vardı getdi.Qəlbində yar sevgisi,San ki, çapardı, getdi.Yola saldı igidi,Parıldayan ulduz, ay.Çiynində beşaçılan,Sol qolunda kəlağay,Gəldi Don kənarına.Rus çayının yançağıOldu ana qucağı.Sular kimi çağladı.

O bir alıcı quşdu,Gecə-gündüz vuruşdu.Gözlərində Şah dağı,Hər xaini, alçağıSinəsindən dağladı.Vuruş qızışdı bir gün,Kiçik bir təpə üçün.

Mənim ana yurdumunBalaca parçasınaSahib olmaq istədiDüşmən qan bahasına.Bizim şanlı igidlərQorxu nədir bilmədi.Bütün günü vuruşdu,Geriyə çəkilmədi.Düşmən üç qəhrəmanıAldı axır araya.Tərlan: “Yoldaşlar, – dedi, –Hünər yetər haraya”Dilində bir azadlıq,Bir təmiz eşqin andı,Qəhrəmanım vuruşdu,Ölümcül yaralandı.Başından tökülən qanGözünü tutan zamanQolundan gözəl yarıVerdiyi yadigarıAçdı, sildi gözünü,Ələ aldı özünü:“Qeyrətdən kərəm, dedi –Azərbaycan oğluyam,Əsir düşmərəm” – dedi.Ağrılar duya-duyaŞığıdı Tərlan suya.“Gözəl Don, qulac-qulacQollarını mənə aç!”Deyib yumdu gözünü,Atdı çaya özünü.Tez batdı polad kimi,Bir şirin həyat kimiÖlümü qabaqladı.O böyük təbiətə,O nakam məhəbbətəQan çilənmiş göy otlar,

Dərdli, qəmli buludlar,Həzin baxan ulduz, ay,Yar sovqatı kəlağay,Dərin matəm saxladı.

Toplar nərə çəkərəkTufanlar qoparanda,Axıb gedən gur sularTərlanı aparanda,Don çayı gəldi dilə,Bu səs düşdü sahilə:Uzaqlarda intizarYar gözləyən əziz yar,Soruşma bir də: “HanıAzərbaycan tərlanı?”İgid meydanda ölər,Yarasından qan gedər.El uğrunda qəhrəmanOğullar qurban gedər.Qoy ötsün havasındaAşıqlar daim bunu:– Azadlıq davasındaAzərbaycan oğlunuDon çayı qucaqladı.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets