Nabran
(Nəğmə)
Adı dünya şöhrətli,Ən gözəl bir ləzzətdi,Havası bir nemətdi,Gözəl Nabran, Nabranım.
Bura Xaçmaz torpağı,Göy Xəzərin oylağı,Meşələrin yaylağı,Gözəl Nabran, Nabranım.
Dalğalanır göy dəniz,Şəfa tapır hər məriz,Ağ balığı çox ləziz,Gözəl Nabran, Nabranım.
Bura sanki cənnətdi,Sevənlərə xəlvətdi,Nabranı vəsf eyləyən,Şair Vüqar Əhməddi.
Kitabxana.az · https://kitabxana.az/en/works/vuqar-ehmed-nabran
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets · Nature and spring
Qaçağı el saxlar
Qaçağı el saxlar, el bilir bunu,Elə şairi də eli saxlayar.
Övzai-dəhrü kari-cahanü dövrü-ruzigarÖvzai-dəhrü kari-cahanü dövrü-ruzigar,Daim təğyir ilə təbdil qılıb şüar.
Bilməyib bu gecə bir fikri-məhal eyləmişəmBilməyib bu gecə bir fikri-məhal eyləmişəm,Arizuyi-hərəmi-bəzmi-vüsal eyləmişəm.
Ya sənəBir isminə beş gözəllik yaraşır,Dildə əzbər məhəbbətdi ya sənə.