Əqidəsi dönməzdir,Məhəbbəti sönməzdir,Şücaəti ölməzdirVətən oğlanlarının.

Dili yalan bilməzdir,Sonu beş arşın bezdir.Üzü yersiz gülməzdirVətən oğlanlarının.

Düşmənin başın əzdi,Keşikdə ayıq gözdü.Şöhrəti dünya gəzdiVətən oğlanlarının.

Üzü dönsə çox tərsdi,Söz deyəndə sərbəstdi.Səbirin Allah kəsdiVətən oğlanlarının.

Cəngavərdi,qəhrəmanBu Vətən oğlanları.Dünyada gözəl insanBu Vətən oğlanları.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets