İsti qum günəşdən alışıb yanır,Talvarda meynələr göyə dırmanır,Samovar püskürür, dudkeş odlanır,Abşeron bağları bizə əzizdi,Gözəllik yaradan mavi dənizdi.

Keçmiş pəhləvanlar əncir yeyərmiş,Ağ şanı, dərbəndi, yovangir, kişmiş,Dəmyə qarpızı var, bal kimi yemiş,Abşeron bağları bizə əzizdi,Gözəllik yaradan mavi dənizdi.

Dədə-babalardan o bizə qalma,Düşbərə qutabla, qatıqla dolma,Əncir ağacları ağ saçlı palma,Abşeron bağları bizə əzizdi,Gözəllik yaradan mavi dənizdi.

Razyana ətiri, cirə-duz tamı,Abqora doşabdan tez içir hamı,

Elə iş üstündə gördüm anamı,Abşeron bağları bizə əzizdi,Gözəllik yaradan mavi dənizdi.

“Püskəndə”, “Mövüc”ü, “Zəncirfərəc”i,Ədvələr həvənglə vurdum çəkici,Gecəsi gözəldi, deyil üzücü,Abşeron bağları bizə əzizdi,Gözəllik yaradan mavi dənizdi.

“Meyruli” eyləyir külək qoranı,Üç tərəfdən dəniz qucub buranı,Doşab vaxtı eyləyirlər “uran”ı,Abşeron bağları bizə əzizdi,Gözəllik yaradan mavi dənizdi.

İydəsi, badamı, qaysı, püstəsi,Ocağın səngimir odu, tüstüsü,Cızdağı çıxardır qumun istisi,Abşeron bağları bizə əzizdi,Gözəllik yaradan mavi dənizdi.

“Balıqqulaq” yığıb beşdaş oynadıq,İlbiz zümzüməli səsdən doymadıq,Uşaq vaxtı bu dünyanı duymadıq.Abşeron bağları bizə əzizdi,Gözəllik yaradan mavi dənizdi.

Ərəbdovşanı da burda yaşayır,İlan, əqərb ölüm, zəhər zəhər daşıyır,Tısbağayla, kərtənkələ qaçışır.Abşeron bağları bizə əzizdi,Gözəllik yaradan mavi dənizdi.

Ağcaqanad, dozanqurdu, danadiş,Arı sancsa yumru kimi olur şiş,Mələyirdi tövlədəki boz çəpiş,Abşeron bağları bizə əzizdi,Gözəllik yaradan mavi dənizdi.

Allah verən bu nemətlər gərəyim,Ruzumdu təndirdə bişən çörəyim,Təbiət qoynunda gəlmir ölməyim,Abşeron bağları bizə əzizdi,Gözəllik yaradan mavi dənizdi.

Abşeron kəndləri çəkir zəhməti,Verir sənətkara onlar qiyməti,Sevir Abşeronum Vüqar Əhmədi,Abşeron bağları bizə əzizdi,Gözəllik yaradan mavi dənizdi.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Nature and spring