Bulaqların gözü açıq,Ormanların üzü açıq;Dumalardır uçub gələnQaqqıldaşa-qaqqıldaşa!Çaylar axır dəryalaraŞaqqıldaşa, şaqqıldaşa!Duman qalxır göyə doğruMeşələrin nəzərindən.Buzlar düşür parça-parçaŞüşələrin üzərindən.Puçurlayır yavaş-yavaşAğaclarm budaqları.Mehdən əsir həzin-həzinGül-çiçəyin yarpaqları!Dərədə sel qıjıldayır,Şən arılar vızıldayır.Hər yandan xoş avaz gəlir,Sular deyir: Yaz.., Yaz gəlir!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Nature and spring