Təbriz
Biri yaddı, biri doğma,O Tehrandı, bu da Təbriz.Ayrılığım zəhər, doğma,O tikanlı, busa nərgiz.
Biri qandı, biri candı,Biri Tehran, biri Təbriz.Həm Urmiya, həm ZəncandıBiri tamlı, biri ləziz.
Birində yaz, birində qış,Yazda Tehran, qışda Təbriz.Biri qarğış, biri alqış,O əvəzli, bu əvəzsiz.
O da paytaxt, bu da paytaxt,Biri Tehran, biri Təbriz.Biri soldu, biri də sağ,Biri boğuq, biri təmiz.
Burdan ora uçacağam,Bura Tehran, ora Təbriz.Mən birliyi umacağam,Yaman düşüb tora Təbriz.
O gülərdi, sən ağlağan,O Tehrandı, sən də Təbriz.Barışmayıb bu çağacan,Həm zilində, bəmdə Təbriz.
Gözlərinin yaşını sil,O Tehrandı, sən də Təbriz.Cəng eyləyər kişi əsil,Sənə verər Allah, Təbriz.
Biri farsdı, biri türkdü,Biri Tehran, biri Təbriz.Rus da, fars da səndən ürkdü,Güləcəksən, gülüm Təbriz.
Kitabxana.az · https://kitabxana.az/en/works/vuqar-ehmed-tebriz
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets
Şə-şə-şə şəha cəmalın kə-kə-kə kəmal olubdur,Lə-lə-lə ləbin şərabı zu-zu-zu zülal olubdur
KəramətƏya ey mərdümi-aləm, baxın bu bir rəvayətdir,Bu əsrin xalqına ancaq münasib bir hekayətdir
DilbərSallanıban yüz naz ilənBu seyrana gələn dilbər
Nə DediSeyyid həvadarım qəm xiridarımƏrzi-canana dedin nə dedi