Bilgəh
Göy Xəzərin, Abşeronun gözüdü,Nəğmələrin şeirlərin sözüdü,Gözəllikdə bu dünyanın özüdü,Qızıl qumlu bir cənnətdir, Bilgəhim.
Xoş havası xəstələrə verir can,Dahilər var torpağında dil açan,Qalib kimi bir insan var nur saçan,Bu oğullar qənimətdir, Bilgəhim.
Şeyximiz də mərhəm olub buraya,Arif insan haray verir haraya,Tofiq adı məşhur olub dünyaya,Nəğmələrin bir sənətdi, Bilgəhim.
Ağ şanın da sanki baldı, şəkərdi,Zəfəranın nə dadlıdı, nə tərdi.Zəncəfilin hamını məst edərdi,Razyanan da bir ləzzətdi, Bilgəhim.
Zənginlərin imarəti burdadır,Bilgəh də bir məhəbbətdir, sevdadır,Ləhcələri şirinlikdən bal dadır,Dincələnə bir xəlvətdi, Bilgəhim.
Yetiribsən yazarları, alimi,Türk elidir, mən də sevdim elimi,Abşeronun sarı simi, ağ simi,Muğam bizə əmanətdi, Bilgəhim.
Kitabxana.az · https://kitabxana.az/en/works/vuqar-ehmed-bilgeh
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets
Qəfil düşdüm bəd taleyin kəməndinə mən,Axır dönüb bu halımla barışan oldum.
Azərbaycanım, yaşa!Yaşa, yaşa, Azərbaycanım, yaşa,Sənsən mənim dinü imanım, yaşa!
Eyləmə çox qəmzə, naz, bəsdir, aman, ey gözəlEyləmə çox qəmzə, naz, bəsdir, aman, ey gözəl,Alma əlimdən mənim tabü təvan, ey gözəl,
Şah-ı Mərdan didi şîr-i nər bənəmŞah-ı Mərdan didi şîr-i nər bənəmKim günəşdən dünyada əẓhər bənəm