Bakım mənim
Bakı mənim doğulduğum şəhərim,Burda olub hər sevincim, kədərim,Bura bağlı güzəranım, qədərim,Bakı mənim gecələrim, səhərim.
Dərdin özü, çarəsi də burada,Gözəl varmı Bakı kimi haradaAbşeronda, o yarım bir adada,Qucacaqdır onu hər gün Xəzərim.
Çox bağlıyam şəhərimə - BakıyaMən bələdəm hər tinə, hər səkiyəGəmi gəlirsə mehr sönür Bakıya,Kimsəsizlər kimsəsizidi şəhərim.
Təbriz, İzmir, İstanbuldu qardaşı,Qız qalası ona necə yaraşırQalib gəlir əgər kimlə yarışır,Xoş günümdə o qələbəm, zəfərim.
Şəhərimi mən sevirəm ürəkdən,Güc alıram tez-tez əsən küləkdən,Burda hamı çox uzaqdı kələkdən,Həm bu günüm, həm keçmişim,əzəlim.
Mehriban insanlar çəkir zəhməti,Üstün tutur burda hamı qeyrəti,Şair edib Bakım Vüqar Əhmədi,İlham verir, bu ilhamlı şəhərim.
28.10.08
Kitabxana.az · https://kitabxana.az/en/works/vuqar-ehmed-bakim-menim
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets · Homeland
İştə bir tərbiyəli, aqil uşaq,İştə bir zirək, ayıq, kamil uşaq.
Mən nə deyirəmMən deyirəm zülmkardan azad olsun vətənimPozulmasın xəzan vurmuş bağlar kimi gülşənim
“Yaxşı yol!”Ayağı dənizin suyundan içən,Başının üstündən buludlar keçən
Ona inanQurtuluş Kamala inanla olur,Hökumət seçilmiş bakanla olur,