Dövlətim, varım,Namusum, arım,Mənim vüqarımVətəndir, Vətən.

Gücüm, sağlığım,Hər gün, hər çağımMənim varlığımVətəndir, Vətən.

İlk məhəbbətim,Tac-səltənətim.Ən son məskənimVətəndir, Vətən.

Son ziyarətim,Zəngin sərvətim,Nazlı afətimVətəndir, Vətən.

Şəhərim, kəndim,Bal dadan qəndim,Hər zaman dedimVətəndir, Vətən.

Sönməz ulduzum,Əbədi ruzum,Bu alın yazımVətəndir, Vətən.

Sözüm, ilhamım,Gözəl sabahım,Sevincim, ahımVətəndir, Vətən.

Dərdim, azrım,Ömür bazarım,Ən son məzarımVətəndir, Vətən.

Kürüm, Arazım,Mavi Xəzərim,Şeirim, qəzəlimVətəndir, Vətən.

Nəğməm, muğamım,Nəmli yanağım,Dilim-dodağımVətəndir, Vətən.

Quzey, Güneyim,Bilimrəm neynim?Şirinim, LeylimVətəndir, Vətən.

Babək, Koroğlu,Odlu od oğlu,Hər bir türk oğluVətəndir, Vətən.

Kim çəkir zəhmət,Ən böyük qiymət,Bu Vüqar ƏhmədVətəndir, Vətən.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Homeland