Vətəndir
Qoy sizə ərz eləyim dönə-dönə, Vətəndir,Harda “Segah” çalınsa, ora mənə Vətəndir.
Qibləgahım, məbədim, son pənahım Vətəndir,Dinim, Kəbəm, Quranım, səcdəgahım Vətəndir.
Vətənə əsil oğul, Vətən üçün öləndir,Çətin gündə, dar gündə ağrısını böləndir.
Bakı, Gəncə, Naxçıvan, Qarabağım Vətəndir,Göz açdığım Abşeron, düzüm, dağım Vətəndir.
Dəli Kür, Xan Arazım, ulu Göyçəm Vətəndir,Dərbənd, Zəncan, Təbrizim, Borçalım-cəm Vətəndir.
Nəğməkar bir oğulam canımda can Vətəndir,Vüqar Əhməd söyləyir Azərbaycan Vətəndir.
Kitabxana.az · https://kitabxana.az/en/works/vuqar-ehmed-vetendir
Use ← → keys to move, R for a random poem