Bakı
Məmləkətin nəfəsidir gur səsi,Paytaxtımdır Azərbaycan nəfəsi.Millətimə kimsəsizlər kimsəsi,Mənə ana, mənə doğma, ay Bakı.
Cəngavərlər vətənisən, ay Bakı,Sən memarlıq snətisən, ay Bakı,Azər yurdun türk elisən, ay Bakı,Ayım, günüm, ilim, əsrim, ay Bakı.
İçərişəhər keçmişim, iç dünyamdı,Qız qalası səyahəti röyamdı.Xəzərimsə masmavi göy dünyamdı,Övladına deyirsən lay-lay Bakı.
Arzulara sənlə qoşa çataydım,Ulduzlarla birgə batıb-çıxaydım.Arzum budur, mən qoynunda yataydım,Mənə ana, mənə doğma, ay Bakı.
Kitabxana.az · https://kitabxana.az/en/works/vuqar-ehmed-baki
Use ← → keys to move, R for a random poem