Təbrizim
Güneyimdə mənim özüm,Şirin ləhcəm, şirin sözüm,Həsrətdədi mənim gözüm,Təbrizim, ay Təbrizim.
Yağdı həsrət yağışları,Eşit, Allah, alqışları.Sərtdi qonşu baxışları,Təbrizim, ay Təbrizim.
«Dağlarının başı qardı».Həsrətindən saç ağardı.Bu nə görkəm, nə vüqardı?Təbrizim, ay Təbrizim.
Soyumuza yad olmuşuq,Özgə-özgə ad olmuşuq,Kim deyir ki, şad olmuşuq,Təbrizim, ay Təbrizim.
Bölünübdü Vətən iki,Birdir dili, birdir kökü,Birləşmədi Təbriz-Bakı,Təbrizim, ay Təbrizim.
Heydrbaba dağlı dağdı,Şahgölü dağlı bulaqdı,Quzeyin sənə dayaqdı,Təbrizim, ay Təbrizim.
Nə Şəhriyar, nə də vahidGörmədi vətəni vahid.Qoy biz olaq buna şahid,Təbrizim, ay Təbrizim.
Kitabxana.az · https://kitabxana.az/en/works/vuqar-ehmed-tebrizim
Use ← → keys to move, R for a random poem
More by this author
Seyidlər ocağı – qədim türk eliEynidir Cənubla ləhcəsi, dili,
Vətəndən Vətənə həsrətlə baxdımHeyran dağlarına mən qonaq oldumAstara-Ərdəbil yoluyla qalxdım
Vətənimi qorumağaÖlkəmin bir bucağından,İsti ata ocağından,
Gəl sevək dünyanı, duyaq dünyanıƏbədi deyilik, qonağıq, qonaq,Başını qaldırıb dünyaya bir bax,
Poems by other poets · Separation
Avey dağım, bənövşəni dərmədim,Kəkotunu dərib, günə sərmədim.
Pəltək adamın dilindənŞə-şə-şə şəha cəmalın kə-kə-kə kəmal olubdur,Lə-lə-lə ləbin şərabı zu-zu-zu zülal olubdur
Ayrılıq ayrılıqdıBu ayrılıq, ayrılıqdı,istər elə, istər belə.
Aldım qələmi namə yazam, yarə könüldənAldım qələmi namə yazam, yarə könüldən,Ya rəb, ola bir məhrəmi aparə könüldən.