Seyidlər ocağı – qədim türk eliEynidir Cənubla ləhcəsi, dili,Dağlara can verir çiçəyi, gülü,Müqəddəs sayırıq biz Perinbeli.

Mirsultan ağanın ruhu burdadır,Qaçaq Sadatxanın yurdu burdadır,Seyidlər yetirən ordu burdadır,Kökün kəsib neçə-neçə zalimin,Kəndi olub neçə-neçə alimin,Bir kəndidir o Yardımlı elinin,Müqəddəs sayırıq biz Perinbeli.

Mirəşrəfi, Mirşahini yetirib,Mircəfəri elmimizə gətirib,Bir vaxt olub, bu torpağı itirib,Müqəddəs sayırıq biz Perinbeli.

Meşələri – rəssam çəkən xalıdır,Göz oxşayan dağlarının qarıdır,Dərdə çarə mayda çıxan balıdır,Müqəddəs sayırıq biz Perinbeli.

Ziyarət yeridir ocaqlar, pirlər,Dördüncü imamdan qalıb ləpirlər,Qayıdış gününü bayram edirlər,Müqəddəs sayırıq biz Perinbeli.

Səfər eləyiblər bura qonaqlar,Qonağı Perinbel daim soraqlar,Ürəyə qüvvətdi soyuq bulaqlarMüqəddəs sayırıq biz Perinbeli.

Xəstə bura gəldi, qaldı, ölmədi,Şair bura gəldi sözləri, dedi,Qardaş, doğma bilin Vüqar Əhmədi,Müqəddəs sayırıq biz Perinbeli.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets