Bənövşəni dərmədim
Avey dağım, bənövşəni dərmədim,Kəkotunu dərib, günə sərmədim.Saçlarımda səhər şehi görmədim,Yaxın yollar mənə uzaq olubdur.
Yarpaqlandı Karqayanın meşəsi,Ayrılıqda sındı könlüm şüşəsi,Qəriblərin ağlamaqdır peşəsi,Göz buludlu, ürək dağ-dağ olubdur.
Göy söyüdlər suda darar telini,Yasəmənlər açıb indi gülünü.Fikrim gəzər ata-baba elini,Ayrılıq ömrümə ortaq olubdur.
Fikrim gəzir o aylarda, illərdə,Gül yarpağı açır coşqun sellərdə.Mən bilirəm indi bizim ellərdə,İsti aran sərin yaylaq olubdur.
Baş yastıqda, gözüm qalıb tavanda,Mən burada, uşaqlığım o yanda.Yaman olur dərd ürəyi oyanda,Könlüm qəm əlində dustaq olubdur.
Kitabxana.az · https://kitabxana.az/en/works/mirvarid-dilbazi-benovseni-dermedim
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets · Separation
Cana gəldim bu hicrandan, hicrətdən,Nəhayət, son həddə çatmışam, Bəsdi.
Nə vəhşi könlüm ol ahunigəhdən qeyrə ram olmazNə vəhşi könlüm ol ahunigəhdən qeyrə ram olmaz,Nə anın hicrinin nöqsan olan ayı tamam olmaz.
هرگه که مرا ز آمدن تو خبر آیداز جان و دلم انده دیرینه برآید
Demə, ey gül, ölərəm, getmə gözümdən o yanaDemə, ey gül, ölərəm, getmə gözümdən o yana,Gərək aşiq dözüb hər cövrünə yarın, dayana.