Göyçayım
İnsanları necə mərddi, mübariz,Özləri zəhmətkeş, qəlbləri təmiz,Göyçaylılar bu millətə çox əziz,Göyləri gömgöydü, gözəl Göyçayın.
O,yetirib Rəsul Rza,Anarı,Əli Kərim kimi gözəl yazarı.Ziyarət yeridir şəhid məzarı,Gözəllər gözəli, gözəl Göyçayım.
“Heydər Bağı” al-əlvandı, gülüstan,Buranı seyr edir hər gün hər insan.Aşıqlar söyləyir gör necə dastan,Gömgöy gölləri var gözəl Göyçayın.
Bayramalrda şənlik eyləyir hamı,Dövlətdən alırlar gücü, ilhamı.Bütün Göyçayımız sevir İlhamı,Gözəllər gözəli, gözəl Göyçayım.
Cavanşır.Babəkim qəhrəmanların,Şirvana çox deyir Azərbaycanım.Vüqar Əhməd deyir:-xoşdur sabahım,Gözəllər gözəli, gözəl Göyçayım.
26.05.2007
Kitabxana.az · https://kitabxana.az/en/works/vuqar-ehmed-goycayim
Use ← → keys to move, R for a random poem