Nağıllardır qorxulu,Düşmən deyil qorxulu,Vətən müqəddəs,ulu,

Gəl qoruyaq Vətəni.

Sayıq olaq, a qardaş,Yağıdan olmaz sirdaş,Ya sülh, ya da ki, savaş,Gəl qoruyaq Vətəni.

Vətənim varlığımdı,Ən göydələn dağımdı,Enməyən bayrağımdı,Gəl qoruyaq Vətəni.

Hər qarışı təbərrik,Qeyrətini çəkərdik,Biz ürəkdən deyirik:Gəl qoruyaq Vətəni.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Homeland