Bizim ellər sevməmiş əzəl gündən qaranı,Vurmuşlar bu rəng ilə həmişəlik aranı.Cavanlar qırmızını, yaşılı, ağı, sevmiş,Könül verib sevimli, laləyanağı sevmiş.

“Qara – matəm rəngidir” belə demişlər hamı,Qara örpəkli gördüm qoca vaxtı anamı.Çoxlarında bu rəngə hüsn-rəğbət görmədim,Düzü, mən də könlümü heç qaraya vermədim.

Lakin o gün keçəndə önümdən narın-narın,Ah, nə gözəl göründü şəvə kimi saçların!Qapqara gözlərində nə qədər də həyat var!Sönükdür qabağında ən işıqlı ulduzlar.

İndi mənə xoş gəlir qara, zil qara yalnız,İndi mənim önümdən keçib gedəndə, ay qız,Baxışında eləyib təsadüf gündüzlərə,Canım qurban, deyirəm bu zil qara gözlərə.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Lament