Keçdi
Yenə gülşəndən ötüb gözləri afət keçdi.Yenə şahanə xuram etdi, qiyamət keçdi.
İzlədim sayə kimi yar baxıb güldü qəşəng,Göstərib aşiqinə xeyli nəzakət keçdi.
Coşdu şaxlardakı bülbül onu gördükdə yenə,İlk baharım verərək bağə təravət keçdi.
Unudub yar məni zənn eyləyərək küsmüşdüm,Onu gördükdə sönüb cümlə ədavət keçdi.
Ahu gözlüm yenə səyyad kimi gəlsin Rahim,Aşiqin günləri ol şux ilə şərbət keçdi.
Kitabxana.az · https://kitabxana.az/en/works/memmed-rahim-kecdi
Use ← → keys to move, R for a random poem