Dedim: nə var, lalə, belə yanırsan?Dedi: al qırmızı alma yanaqdır.Dedim: nə şirinsən bəxtəvər şəkər,Dedi: məndən şirin dildir, dodaqdır.

Dedim: yara, sanma qəmdən bezərəm,Dedi: əhli haləm, yaxşı sezərəm.Dedim: hər zülmünə özüm dözərəmDedi: nə sözün var, bu da sınaqdır.

Dedim: çoxdan könül sorağındadır,Dedi: pərvanə şam fərağındadır.Dedim: nə var, Rahim otağındadır,Dedi: nə işin var, əziz qonaqdır...

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets