Siz ey gözü həsrət çəkən ağ birçəkli analar!Dağıdılmış barlı bağlar, odu sönmüş xanalar!Yuvasından uzaq düşüb qərib-qərib ötən quş!Siz ey körpə budaqları solub vaxtsız qurumuşTər qovaqlar, akasyalar, əzəmətli göy camlar!Hər saatı bir gün olan ey səhərlər, axşamlar,And içirik üfüqlərin al geyinmiş rənginə!Yaxınlarda bu yerlərə qayıdarıq biz yenə!

Siz ey hər gün əzab çəkən saf vicdanlar, ürəklər,Yarpağına qan çilənmiş solan güllər, çiçəklər!Sən ey viran qalan böyük incəsənət ocağı!Ukraynanın bol məhsullu, bərəkətli torpağı.Ey baş alıb axıb gedən, qan çağlayan ləpələr,Siz ey qışın çovğununda yurdsuz qalan körpələr!Keçdinizsə cəlladların mərhəmətsiz əlinə,Yaxınlarda bu yerlərə qayıdarıq biz yenə!

Sən ey Taras Şevçenkonun uçurulmuş heykəli,Ürəklərdə pöhrələnmiş qardaşlığın əməli,Ölməyəcək azad sevgi, ölməyəcək hüriyyət,Qaldırılar yaxınlarda bu ayrılıq, bu həsrət.Döyüşlərdə düşünürük səhər axşam sizləri,Göy taxılı ayaqlanmış Belorusya düzləri.And içirik biçilməmiş dərdli zəmilərinəYaxınlarda bu yerlərə qayıdarıq biz yenə!

İradəmiz əsarəti yaxınlarda boğacaq,Azadlığın nur günəşi üstünüzə doğacaq;Xatırlayır daim sizi şahinlərim süzəndə,Dənizçilər dəryalardan dəryalara üzəndə,Xilaskarın həmdəmidir döyüşlərdə cəsarət,Əzəl gündən insanlığa biganədir əsarət.And içirik gənc qızların nakam qalan eşqinə,Yaxınlarda bu yerlərə qayıdarıq biz yenə!İgidlərin çıxarılmış gözlərinə and olsun,Qurbanların axırıncı sözlərinə and olsun;Qəsəm olsun gələcəyə, yurdum ana torpağa,Qəsəm geniş üfüqlərdə dalğalanan bayrağa,Azadlığa, səadətə, aya, günə and olsun,İnsanlığın bu qardaşlıq birliyinə and olsun,Qəsəm olsun anaların həsrət çəkən qəlbinə,Yaxınlarda bu yerlərə qayıdarıq biz yenə!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Separation