Deyirsən, şair daha kifayətdir, yazma gəlGözəllərin qaşından, od xalından, gözündən.Burax sən deyən olsun, mən razıyam, çox gözəl,Eşqi doğru dərk edək ancaq şair sözündən.

Kim zövq alar gözəldən, o, kamallı olmasa,Şerimə həyat verən ləkəbilməz ürəkdir.Yaxşı bilirəm ki, qız qara xallı olmasa,Yenə bir oğlan onu ürəkdən sevəcəkdir.

Qoy mövzum olmasın nə qaş, nə göz, nə yanaq!Yazmaram, səninlə də gəl belə bir şərt qoyaq:Yanından ceyran kimi bir şux gözəl keçəndəZilləyib gözlərini ona gəl baxma sən də!

Mən gözəlin yazmıram zahiri surətini,Şerimin ruhunda gör insan məhəbbətini.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets