Osmanlı qəzetləri yazırlar ki: “İstambul şeyxülislamı fitva verib Kərbəla mövqufatı satılsın və vüsul olan altı milyon manata Kərbəlada bir xəstəxana və Bağdadda bir darülfünün təsis olunsun”.

Qəribə budur ki, qəzetlərimizin çoxusu bu xəbərə sevindilər və hətta “Bürhani-tərəqqi” belə yazır:

“Ah, nə gözəl təşəbbüs, nə gözəl iş!”

Bizim bu barədə sox sözümüz var. Amma müsəlman qardaşlardan təvəqqə edirik ki, hər kəs bizi söyəcək, indidən söysün ki, söyüş kağızlarını oxumağa macalımız olsun, yoxsa sonra Kərbəla mövqufatı xüsusunda söhbət edəndə o qədər föhş kağızları üstümüzə töküləcək ki, oxuyub qurtarmağa fürsət olmayacaq.

Ax, ay nainsaf şeyxülislamlar! Hər şey qurtardı, indi də Kərbəla qızlarına əl apardınız!!!

Ax, aman Allah!

Lağlağı

“Molla Nəsrəddin”, 16 aprel 1911, №14

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Nə mərəkə!

Seyid ağa doqquz yaşlı bir qıza əl atmış və bu barədə çox danışıqlar, çox yazı-pozular qopmuş, çox mərəkələr qalxmış.Bilmirəm səbəb nədir ki, bu işə mən o qədər də təəccüb etmədim, nə qədər ki, görürəm qeyriləri edir. Bəhərhal iş özü çox murdar[dır], bunun qabağını almağa çox böyük tədbirlər götürməli.

2 min
Bədbəxtlik

Bu günlərdə Bakıda Seyid Məhəmməd adında bir molla necə ki, məlumdur, doqquz (9) yaşında bir qıza vəhşi bir surətdə əl uzatmaq edibdir.Şəhərdə bu barədə çox danışıqlar oldu: günahkar mollanı, əvvəl dustağa aldılar, sonra nədənsə azad etdilər, amma sonra genə eşitdiyimizə görə dustaq ediblər.

1 min
Uşaq teatrı

Bu sözü ki, biz indi burada yazırıq, deyəsən təzə bir söz. Çünki uşaq teatrı söhbətini biz bir yanda eşitmirik və əgər bir yerdə uşaqlar üçün teatrımız olursa da, bu barədə qəzetlərdə yazı-pozu gözümüzə sataşmır.Bizim nəzərimizə gəlir ki, hər bir yerdə uşaqlar üçün türk dilində teatr nümayişləri verilmir və habelə uşaq teatrı üçün uşaq əsərləri düzülüb meydana qoyulmur.

1 min
Pulların danışığı

Əgər pul mübahisəsi Quba meydanında düşəndə biz heç buna təəccüb etmirik, amma iki vəzir pul üstə biri-biri ilə deyişəndə daha bu özgə bir iş olur.Maliyyə vəziri, yəni pulların hamısının vəziri Elektrotok idarəsinə doqquz yüz milyon işıq pulu göndərir. Elektrotok idarəsi deyir: “Bu pullar təzə Zaqafqaz pullarıdı, mən bu pulları götürmürəm, mənə kurs ilə Şura pulu gətiriniz.

1 min

Poems by other poets · Satire