Bakı müsəlmanları
Ay gözüm Bakı müsəlmanları, ahay igidlər, yaşasın Bakı müsəlmanları! Ay, hay, ho, ho!.. Hay, can, Bakı müsəlmanları! İgidin adı gərək. Məsələn, necə ki, deyirlər: “Flankəsi barmaqnan göstərirlər”, yəni gör nə qədər şöhrətlənib ki, hər yanda adı dillərdə söylənir. Canımsınız, Bakı müsəlmanları, indi tamam Rusiyada hər nə danışıq var, hər nə söhbət və bəhs var, – hamısı sizin barənizdədir. Demək ki, illərlə çəkdiyiniz zəhmətləriniz, əməyiniz, çaylara tökdüyünüz müsəlman qanları puça çıxmadı; yenə hər nə isə bir səmərə bağışladı.
“Novoye vremya” qəzetində Menşikov yazır ki, Bakı müsəlmanları pis adamdırlar; ondan ötrü ki, hər gün küçə və bazarda parta-part salıb bir-birini qırırlar və qoymurlar ruslar öz evlərində rahat yatsınlar. Menşikov yazır ki, “Bakı müsəlmanları hərçənd gecə və gündüz birbirini qırmaqdadır, amma bunların əsl fikri o deyil ki, yəni axırda birbirini lap qırıb qurtarsınlar, xeyr, bunların fikri budur ki, “parta-part” səsi ilə rusları narahat eləsinlər və axırda ruslar da bunlardan bir az inciyib Bakıdan çıxıb getsinlər”.
Budur Menşikov yazan!
Yəni bundan bu çıxır ki, qurban qanı kimi axan müsəlman qanı ilə Menşikovun işi yoxdur, ancaq onun yazığı ruslara gəlir ki, “partapart”dan rahatsız olub, gecələr yaxşı yuxluya bilmirlər.
Hələ ki, bu bəsdi, əgər saat xoş olsa, gələn nömrədə yenə bu barədə bir az danışarıq.
Molla Nəsrəddin
“Molla Nəsrəddin”, 16 mart 1908, №11
Kitabxana.az · https://kitabxana.az/en/works/memmedquluzade-baki-muselmanlari
Use ← → keys to move, R for a random poem
More by this author
73-cü nömrəli cənab “Təzə həyat”ın xoşuna gəlmir ki, rus qızları bizim papaqlara gülürlər və papaqlı müsəlmanla bir yerdə gəzmək istəmirlər. Cənab “Təzə həyat” təəccüb edir ki, ruslar papağı bir verstlikdən görüb qaçırlar.“Təzə həyat”ın yazmağından mən belə başa düşdüm ki, cənab “Təzə həyat” burada rus qızlarını və xam rusları günahkar edir, nəinki papağı.
Bizim işlərimizMəlumdur ki, bu il çox yerlərdə quraqlıq keçir və əkinlər susuzluqdan yanıb puça çıxırlar. Və bir para yerlərdə camaat müsəllaya çıxıb Allahdan yağış istəyib. Və axırda bu da məlum oldu ki, Allahtaala müsəllaya çıxanların duasını qəbul eləməyib və heç bir yana yağış göndərməyib, necə ki, məsələn, Ağdamda və sair yerlərdə.Ədibi-biəvəz Mirzə Melkum xan “Qanun” ruznaməsində başdan belə yazır ki: “Mən sözümü o kəslərə yazıram ki, adamdırlar”.
Təbriz işləriİndi şükür olsun Allaha, Təbriz sakitlikdir. Bir müddət bundan irəli, Allah göstərməsin, çox şüluğ idi. Amma indi, Allaha şükür olsun, bir qiylü qal-zad yoxdur. Allah bir də keçən günləri göstərməsin. Yəni məşrutənin xasiyyətindəndir: hər yerə ki, məşrutə gəlir, dünya guya ki, az qalır bir-birinə dəysin. Təbrizdə həmçinin, nə qədər ki, bu zəhrimar məşrutə yox idi, qoyunlar qurdlar ilə otlayırdılar və hərçənd ki, qurdlar acanda qoyunları tutub yeyirdilər, amma genə elə bir qarışıqlıq olmurdu. Amma bu məşrutə çıxan kimi əhali neçə tirə oldu: mollalar ayrılıb bir dəstə bağladılar, Ağa Seyid Haşım bir dəstə bağladı, Ağa Şeyx Səlim bir dəstə bağladı, bir dəstə Ağa Mirzə Əlinin dəstəsi, bir dəstə Xiyaban dəstəsi, bir dəstə Leylaabad dəstəsi, Sürxab dəstəsi, Dəvəçi dəstəsi, Bağmeşə dəstəsi, İsmayıl dəstəsi, Hacı Səməd dəstəsi, Qələbanbaşı dəstəsi, Kərbəlayı Həsən, nə bilim, qurd dəstəsi, meymun dəstəsi və genə bilmirəm nə dəstəsi.Hələ bunlar kifayət edər, sözüm burada deyil. Sözüm burasındadır ki, bu dəstələrin heç biri özgə arzuları və niyyətləri yox idi, məhz istədikləri bir-birini yox eləmək idi. Zalımların gözləri elə qızmışdı ki, ədavətlərinin şiddətindən məşrutə-flan yaddan çıxıb getmişdi Rusiya vilayətinə, yəni getmişdi orada verilən məşrutənin yanına.
Cəfərin anasıDünən özümü soyuğa vermişdim, heç keyfim yox idi və kürəklərim ağrayırdı. Ayıb olmasın, bizim Cəfərin anasına dedim: “ay arvad, sən Allah gəl çıx mənim dalımı bir yaxşıca ayaqla”.Əvvəl nainsaf arvad acıqlı-acıqlı yavaşca öz-özünə dedi: “başına daş düşsün”. Mən eşitdim və bildim ki, mənə deyir.
Poems by other poets · Satire
Qoydun əmmamə başına, dandın həqiqeti,Alat-həcvü məsxərə qıldın şəriəti,
Arvadlar deyirlərTanrı kəsibdir bizim ərlərin insafını;Sən ki bilirsən, Baba, onların övsafını?!
Ədəbiyyat (“Kəlniyət”! Al bircə qələmdən, kağız)“Kəlniyət!” Al bircə qələmdan, kağız,Tezlik ilə jurnala bu vəzni yaz,
Ağa dərvişBir tazə qəsidə edib inşad ağa dərviş,Xırmanda qurub şivənü fəryad ağa dərviş.