İnsanın bədəni ki, çox qocalıqdan ölməyə hazırlaşır, həmişə özü üçün qabaqca bir azar tapır və həmin azar bunun ölməyinə bir bəhanə olur, çünki onsuz da öləcək.

Şuşa şəhərində yaz fəsli bir qəzet çıxırdı, yazısı ərəb hərfləri ilə idi. İndi Şuşadan yazırlar ki, qəzetin düzəni şəhərdən çıxıb getməyi səbəbindən qəzet dəxi bağlandı.

Belə-belə şeylər türk qəzetlərinin başına hər ay və hər gün gəlməkdədir.

Bu gün Şəkidə bir türk qəzeti çıxır,sabah eşidirsən ki, bağlandı.

– Niyə bağlandı?

– Düzənin burnunda çöp qalıb.

Sabah eşidirsən ki, Gəncədə türk məcmuəsi çıxır, o biri gün deyirlər ki, bağlandı.

– Niyə?

– Düzənin qarnı sancılanıb.

Bunlar hamısı bəhanədir, bunlar hamısı ərəb əlifbasının acalının (əcəlinin) yavıqlaşmasına dəlalət edir.

Məlumdur ki, hər bir qəzetin davamı oxucuların varlığına bağlıdır. Oxucu oldu, qəzet davam edəcək; olmadı, davam etməyəcək.

Qəzet və kitablarımız nə qədər ki, oxunuşu çətin və imlası pozğun ərəb əlifbası ilə yazılacaq, özlərinə oxucular topluya bilməyəcəklər. Və mətbuat da yavaş-yavaş ölməyə üz qoyacaq, – necə də ki, ölür. Yoxsa başqa səbəblərin hamısı, ancaq bəhanədir.

“Yeni yol” qəzeti, 8 noyabr 1923, №34

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Nehrəm normal məktəbində aparılmış yoxlamaya dair arayış

(10 və 11 dekabr 1896-cı il)*Siyahı üzrə şagirdlərin sayı – 45 nəfər.

2 min
Əzizi-mən Məşədi Tağı! (2 yanvar 1901)

Sağ və salamat İrəvan şəhərində varıq. Sənin İrəvana gəlmək məsələn barəsində Məhəmmədqulu bəy və Məşədi Qurbanəli ilə bahəm çox və bir neçə dəfə söhbət eləmişik. Təfsilatı Məşədi Qurbanəli, – bu günlərdə ki, gələcək Naxçıvana, – özü sənə deyər. Amma mən də bunu ərz edə bilərəm ki, indi ilin ortası olmaq səbəbə heç bir vəchlə mümkün olmur sənə yer eləmək. İrəvan rus-müsəlman məktəbində mümkündür, söz yox, sənə yer təyin eləmək, amma söz burasındadır ki, indi bu saat yer yoxdur və əgər sənə zor ilə yer eləməyə dursaq, lazımdır ki, bais olmaq müəllimlərin birisinin xaric olmağına. Odur ki, məsləhət belə görüldü ki, hələlikdə sən orada öz işinə məşğul olasan və səbr eləyəsən, çünki Allah səbr eləyənləri dost tutur və səbr fərəclərin müftahıdır.Dəxi nə yazım?

1 min
Qardaşım Qurbanəli! (İrəvan. Fi 22 mahi-mart 1902)

Kağızın vüsul oldu. Upravleniyadan rasçotu və talonu alıb, xəzinədən yüz otuz bir manat altmış üç qəpik aldım. Lazım gəldi xəzinədən pul almaqdan ötrü bir vəkilnamə də yazdırmaq və bu vəkilnaməyə həştad beş qəpik xərcim çıxdı və dünən Kərbəlayı Məhəmməd ağaya yüz otuz manat yetmiş səkkiz qəpik (130 r. 78 k. ) verdim və şalların satılmağı barəsində soruşdum. Belə məlum oldu ki, hələ satılmayıblar və mən öz tərəfimdən təvəqqe elədim sənin Xanzadov ilə olan hesabını qurtarsın və Kərbəlayı Məhəmmədağa söz verdi qurtarsın. Mən irəlicə Naxçıvanda olanda xalqdan eşidirdim ki, sən podratda qazandığını qoyursan alış-verişin ziyanına. İndi yadıma düşür haman sözlər və mən özüm də istəyirəm bu rəyə şərik olam.Sən mənə yazırsan ki, teleqrafı alan kimi mənim ağama aparıb iyirmi manat verdin. Mən bilmirəm bu barədə sənə nə deyim. Deyim əgər “çox razıyam”, bu həmişə eşitdiyimiz sözdür, adəti sözdür. Hamısından yaxşı burada mən bir neçə nöqtə qoyum...

4 min
Bəradərim Qurbanəli! (Fi 22 aprel 1905)

Tiflis*Qardaş, bu nə işdir sənin başına gəldi? Əhvalatı bir qolay eşitmişəm, amma təfsilatı mənə məlum deyil. Əlbəttə, əlbəttə, tez kağız yaz. Əgər yaza bilməsən, yazdır göndər görək bu nə qəzavü-qədərdir sənin başına gəlir.

1 min

Poems by other poets · Satire