Nehrəm normal məktəbində aparılmış yoxlamaya dair arayış
(10 və 11 dekabr 1896-cı il)
Siyahı üzrə şagirdlərin sayı – 45 nəfər.
Onlardan birinci şöbədə 25, ikincidə 8, üçüncüdə 4, dördüncüdə 3 və beşinci şöbədə 5 nəfər. Yoxlama zamanı məktəbdə 38 nəfər şagird var idi.
Yoxlama zamanı deyilən göstəriş və tənqidi qeydlər:
Aşağı şöbədə LEKSİK material möhkəm mənimsənilmişdir. Həmin materialı tez-tez təkrar etmək və ümumiyyətlə, rus danışıq dilini öyrənmək üçün bunları çalışmalara tətbiq etməyə daha çox vaxt lazımdır.
Sözlərin tələffüzündəki qüsurlar ciddi qeyd olunmalıdır, onların hamısına, xüsusən səhvlərin müəyyən hissəsini təşkil edən “l” və “ç” səslərinin deyilişinə müvafiq çalışmalarla düzəliş verilməlidir (aradan qaldırılmalıdır).
Yuxarı şöbələrdə canlı rus danışıq dilində az danışılır. Dördüncü şöbənin şagirdləri hətta bir çox mürəkkəb olmayan suallara cavab verməkdə çətinlik çəkirlər. Hansı ki, sualın cavabını vermək üçün suala bir və ya iki söz artırmaq lazımdır. Buna görə də əksər şagirdlər öyrənilənləri öz sözləri ilə nağıl etməkdə gücsüzdürlər.
Əzbər söylənilən bədii nümunələr dördüncü şöbədə az-çox düzgün söylənildi.
“Sibirin fəth edilməsi” mətni bu şöbənin şagirdləri tərəfindən mənası başa düşülmədən oxundu. Birinci şöbədə “Hava və su” mətni müəyyən qədər başa düşülməklə oxundu. Şagirdlərin bir hissəsi qiraət zamanı sözləri yanlış tələffüz edirlər.
Bu şöbələrin şagirdlərinin coğrafiyadan müvəffəqiyyəti kifayət qədərdir, tarixdən isə həddindən artıq zəifdirlər. Uşaqlar Vətən tarixindən lazımi tarixi hadisələrə dair xronoloji ardıcıllığa malik heç bir anlayışa malik deyillər.
Beşinci şöbədə sayların bölünməsinin əlamətləri nəzərə çarpdı, lakin şagirdlər ikidə biri dörddə birə bölə bilmədilər; dördüncü şöbədə adlı ədədlərin hissələrə bölünməsindən hansı say alınmasını deyə bilmədilər.
Birinci şöbədə “c” (tverdıy znak) hərfi ilə bitən sözləri yazmaq lazım deyildir. Çünki şagirdlər hələ bu hərfi öyrənməmişlər.
Yazılı çalışmalarda həmişə cinsləri (mujskoy rod) göstərməyə əməl etmək lazımdır.
İkinci şöbədə xüsusi meylli yazı qaydalarına əməl edilməlidir.
Ayrı-ayrı sözlərin hallanmasını cümlədə sözlərin hallanması ilə əvəz etmək lazımdır.
Şagirdləri müəyyən edilmiş tapşırığı həll etməyə əsaslı şəkildə hazırlamaq lazımdır ki, onların işləri bəzən olduğu kimi səhvlərlə dolu olmasın.
Şagirdləri müəllimin söylədiyi nümunə əsasında məsələ (çalışma) tərtib etməyə alışdırmaq lazımdır.
Volperin “Rus dili” dərsliyinin birinci buraxılışındakı əlaqəsiz materialları Çernyayevskinin “Rus dili” dərsliyindəki mətnlərlə əvəz etmək faydalı olar.
İnspektor: N.Novospasskiy
Əsli ilə düzdür: Nehrəm məktəbinin nəzarətçisi Məmmədquliyev
Arayışın bu surəti İrəvan – Yelizavetpol quberniyası və Kars vilayəti Xalq məktəbləri direktorluğuna təqdim edilir, № 126
Məktəbin nəzarətçisi C.Məmmədquliyev
Kitabxana.az · https://kitabxana.az/en/works/memmedquluzade-nehrem-normal-mektebinde-aparilmis-yoxlamaya-dair
Use ← → keys to move, R for a random poem
More by this author
“Bəyanül-həq” qəzetinin müxbiri molla Əbdülrəşid İbrahimov Yaponiyanın Tokio şəhərindən İstambulda çıxan “Sıratül-müstəqim” məcmuəsinə yazır ki, “mən Yaponiyada hər məclisdə hər gün nitqlər söyləyirəm. Və Yaponiya üləmasına mənim nitqlərim elə təsir bağışlayır ki, gündə bir neçəsi özündən gedir”.Bu xəbəri möhtərəm “Tərcüman” qəzeti yazıb, axırda soruşur ki, aya, görən, molla Əbdülrəşid bu nitqləri ingilis dilində söyləyir, yainki yapon dilində?
Üsuli-cədidBu üsuli-cədid çox qəribə şeydir. Əvvəllər uşağı bir il oxudardılar, yazıb-oxumaq bilməz idi. Amma indi iki-üç ayın içində basavad olur.Nuxada bu üsuli-cədidin tərəqqisi dəxi də artıqdır. Məsələn, keçən həftə Salahlı kəndindən iki ayağı çarıqlı, bisavad kəndli gəlmişdilər Nuxaya ki, bir həftənin içində “üsuli-cədid” vasitəsi ilə mollalığa imtahan tutub şəhadətnamə alıb getsinlər.
YolYadındadırma, əzizim ki, həmişə mən sənə deyərdim: “Dayan, qardaş, o yol ilə getmə, qayıt geri, peşiman olarsan!”. Sən mənə cavab verərdin ki, “yox, yox, gərək bu yol ilə gedəm. Bu yol məni aparıb çıxaracaq gülüstana”. Mən deyərdim: “Getmə, qayıt geri. O yol ki, sən gedirsən, gülüstan yolu deyil. O yol səni aparıb çıxardar qamışlığa, orada qabanlara rast gəlib puç olarsan”.Yadımdadır ki, sən mənim üstümə hirslənib istəyirdin ki, hələ məni vurub öldürəsən də. Mən deyərdim: “Getmə”, sən deyərdin: “gedəcəyəm”.
Elmi-musiqi “İttihad” mədrəsəsində“İttihad” mədrəsəsində elmi-musiqi xəbərini bakılı qardaşlar, söz yox, oxudular və bildilər ki, keçən cəmadiəl-əvvəl ayında “İttihad” əncüməni-xeyriyyəsində əksəriyyət ara ilə təlimi-musiqi təsdiq olundu.Qəzetdə bu müjdəni verəndən sonra, “İttihad” mədrəsəsinin müdiri mədrəsənin şagirdlərini təbrik edir və deyir ki, musiqi kimi ali və vəsi elmin təhsilinə çatıb xoşbəxt olacaqlar. Müdir cənabları təəssüf edir ki, musiqinin həqiqi və dünyanın məişətində əlzəm ləvazimdən olduğu bizim üçün indiyədək aşkar olmayıb və islam ədibləri və fəlasifələri o qədər bu elmdə çalışıblar ki, heç millətdə bu qədər zəhmət çəkən yoxdur. Və hətta Avropa tarixi sübut edir ki, elmimusiqi Avropaya islamdan və İrandan sirayət eləyib.
Poems by other poets
Ey ağalar, tarixlərdə görən var,Çox olubdur qalmaqalı Tiflisin,
GözəlinGözü bademdir, gərdəni mina,Şüşədəndir sol-sağı gözəlin.
Bir bikəsi-zarəm, vətənimdə vətənim yoxBir bikəsi-zarəm, vətənimdə vətənim yox,Bir bülbüli-bibalu pərəm, vay, cəmənim yox!
OlduQəhbə fələk, bu gün bir iş işlədi,Məni yardan ayrı salacaq oldu,