Yol
Yadındadırma, əzizim ki, həmişə mən sənə deyərdim: “Dayan, qardaş, o yol ilə getmə, qayıt geri, peşiman olarsan!”. Sən mənə cavab verərdin ki, “yox, yox, gərək bu yol ilə gedəm. Bu yol məni aparıb çıxaracaq gülüstana”. Mən deyərdim: “Getmə, qayıt geri. O yol ki, sən gedirsən, gülüstan yolu deyil. O yol səni aparıb çıxardar qamışlığa, orada qabanlara rast gəlib puç olarsan”.
Yadımdadır ki, sən mənim üstümə hirslənib istəyirdin ki, hələ məni vurub öldürəsən də. Mən deyərdim: “Getmə”, sən deyərdin: “gedəcəyəm”.
Əzizim, o vədə sənin haqqın var idi mənim üstümə hirslənməyə; o səbəbə ki, sən o yolu gülüstan bilirdin və bunu da yəqin eləmişdin. Və çünki bunu yəqin eləmişdin, yoldan geri durmaq istəmirdin. O vədə sənin haqqın var idi. Amma indi gəlib çıxdın qamışlığa. Dəxi indi sözün nədir?
Nəsihəti-hükəma: heyvan heyvanlığı ilə bir yoldan keçib yıxılanda dəxi bir də o yoldan keçmir.
Sən ki, Allaha şükr, insansan!
Dəli
“Molla Nəsrəddin”, 14 iyun 1909, №24
Kitabxana.az · https://kitabxana.az/en/works/memmedquluzade-yol
Use ← → keys to move, R for a random poem
More by this author
Bu keçən yay bərk isti oldu və istinin qoxusundan yerin altında da, üstündə də suları qurudu. Bir çox yerlərdə taxıllar yanmağa başladı.Yağış da yağmayırdı. Bircə ümid uca olan Allah-taalaya qaldı. Buna görə bəzi qəzalarda hələ laxlamamış dindar müsəlmanlar öz pakdamən mollaları qabaqda olaraq müsəllaya çıxdılar.
Ayların adlarıİnsan nə qədər çox bilsə, o qədər yaxşıdır. Nə qədər onun məlumatı artıq olsa, o qədər yaxşıdır. Bir mənanı bildirmək üçün insanın lüğəti nə qədər zəngin olsa, o qədər yaxşıdır.Qabaqlarda biz dekabr–noyabr sözlərini bilməzdik. Bu gün ayın neçəsidir?
Pambıq qiymətiQəzetlərdə pambıq qiyməti haqqında arabir məqalələr gedir.Bizim idarəmizdə də bəzi yerlərdən kağızlar gəlir, bizim nə fikirdə olduğumuzu soruşurlar ki, bugünkü pambıq qiymətini artıqmı hesab edirik, əskikmi, ya yerindəmi?
ZarafatRza şahın şah olmaq söhbətini qabaqlarda mən zarafat sanırdım və indi də zarafat sanıram. Səbəbi budur ki, indiki əsrdə təzədən taxta çıxıb, tac qoymaq söhbətini bir yanda eşidəndə adam elə bilir ki, küçə uşaqları küçədə şah-şah oyunu oynayırlar.Amma İranın işi çox məzəlidir. Bir neçə ay bundan qabaq İranın bıvşi (keçmiş) padşahı Əhməd şah Firəngistandan İrana gəlməyə hazırlaşanda İran azadixahları Əhməd şaha kağız yazmışdılar ki, sənin indiki əsrdə Tehrana qayıtmağın bicadır. Çünki dünyada cəmi hökumətlər cümhuriyyət şəklini aldığı halda, biz iranlılar özümüzü bundan sonra bir nəfər şahın istibdadı altına salmarıq. Hətta Rza şah özü də axırıncı məktubunda bu məzmunda Əhməd şaha bir vəsiyyət yazmışdı. İndi belə məlum olur ki, bunlar hamısı biclik imiş. Demək, beləliklə, biçarə Əhmədin başının altına yasdıq qoymuşlar və qoydular da.
Poems by other poets · Satire
Millətin halı bu gün xeyli yamandır, getmə!
Üsuli və Şeyxi təriqət mollaların həcviNeçələr silsileyi-təbimə təhrik verir,Rişteyi-nəzmə çəkəm yəni düri-qəltani.
Zənn edərİnsan müdam aqili divanə zənn edər,Öz dost, aşinasını biganə zənn edər.
Qonşularımdan biriGirdi fırıldaq ilə yağlıca bir artelə,Arif olub vermədi vaxtını bir an yelə.