Dili tutulub
Göyçay şkolasında iki yüz şagirdin çoxu müsəlmandır. Bununla belə elmi-ilahi müəllimi ayda səkkiz manat on dörd şahı üç qəpik məvacib alır: yəni müsəlman uşaqlarına ayda səkkiz manat bir neçə qəpiklik dərs verir.
Bəzi külfətdə uşaqların biri gözüac olar, anası balalarına aş bişirib paylayanda bu gözüac uşaq hələ payını yeyib qurtarmamış elə hay deyər:
– Ana, doymadım, yenə mənə aş ver!
Göyçaylı Niyazi əfəndi şkolanın elmi-ilahi müəlliminin məvacibini az hesab eləyir. Amma mənə qalsa, heç bir şey deyil; məhz tamahkarlıqdır, qarnı tox, gözü aclıqdır, gözü tox, qarnı aclıqdır. Çünki Göyçay elmi-ilahi müəlliminin məvacib payı özgə şkolaların elmiilahi müəllimlərinin payından artıqdır.
Götürək Qafqazın paytaxtı Tiflisi. Burada gimnaziyada mollaya nə qədər məvacib verilir? Ayda altı manat otuz üç qəpik; yəni Tiflisdə gimnaziyalarda oxuyan müsəlman cavanlarına ayda altı manatlıq müsəlman dərsi verilir.
Gedək Bakıya. Burada “Zavedeniye” adlı qız gimnaziyasının müsəlman müəllimi mənim dostumdur. Bunun adı cənab Zəkəriyyadır. On səkkiz il qulluq edir və ayda nə alır?
Burada təhsil tapıb qurtaran bir müsəlman qızına bir gün dedim:
– Götür müsəlmanca bir kağız yaz.
Götürdü qələmi və kağızın üstündə it ayaqlamış soğan kərdisi çəkdi. Soruşdum:
– Müəllimin ayda nə qədər məvacib alırdı? – Cavab verdi:
– Ayda beş manat. – Dedim:
– Ürəyini sıxma, şükür elə, hələ yaxşısan.
Budur ki, rus məktəblərində oxuyub qurtaran cavanlarımız axırda oxuyub-yazmaq bilmirlər; çünki hər bir insanın xəlq olub və sonra ölməyi də bu qanun üzrə əmələ gəlir: görürsən ki, bir şəxs yaşayır, yaşayır, axırda əcəli tamam olur. Mərəz də bir bəhanədir. Həmin mərəz bəhanəsini oxşatmaq olar cənab Zəkəriyya kimi ayı beş manatlıq bir müəllimə ki, Allah tərəfindən təyin olunubdur əcəli tamam olan şəxsə ana dili öyrətsin. Əcəli müəllim ayda beş manatdıq dərsini deyəndən sonra görür ki, naxoşun dili tutulub. Həmin bu fəqərə əcəlin tamam olmağının əlamətidir ki, ərəbcə buna deyirlər “fatihə”, ermənicə də deyirlər “merrav”.
Necə ki, insan ölüb torpaq olur, bu topaqdan ot, meyvə və çörək bitir və insanlar yeyir və insanlardan yenə dübarə övlad törəyir və yenə ölür və yenə dirilir və belə-belə yenə min-min illər keçir və yenə əflak dolanır, habelə Göyçayda, Tiflisdə, Bakıda oxunan dilimiz.
Əcəl ki, tamam oldu, millətin dili yox olur; yəni tutulur. Nə eybi var, müsəlman olmasın, rus olsun, firəng olsun, axırda yenə hamı öləcək və bunların yerinə təzə millətlər dünyaya gələcəklər.
Budur təbiətin qanunu!
Molla Nəsrəddin
“Molla Nəsrəddin”, 12 may 1914, №17
Kitabxana.az · https://kitabxana.az/en/works/memmedquluzade-dili-tutulub
Use ← → keys to move, R for a random poem
More by this author
Təvəqqe edirəm bir belə şey qayırtdırasan: poçtxanalarda posılkalara bir cür maşın ilə plomb vururlar. Bir balaca və girdə, pul kimi qurğuşundan plomba çıxır, üstündə bilmirəm nə yazılmış olur.Gör bu maşını hansı usta qayırır və iki dənə sifariş ver qayırsınlar, tez al göndər. Amma bu cür olsun ki, plombun üstündə rusca bu cür yazı çıxsın: Qamida.
Azərbaycan KP MK-nın Bakı Komitəsinin mətbuat şöbəsinə1931-ci ilin əvvəlindən “Molla Nəsrəddin” fəhlələrindən, kasıblardan, patraklardan və təhsil alan gənclərdən ibarət daha geniş oxucu kütləsinə tərəf dönür. Jurnal bu ildən öz işini əsas etibarilə ateizm sahəsində gücləndirir, əhalinin türk hissəsi arasında fanatizm, kütlük və cəhalətə qarşı mübarizəyə rəhbərlik edir. Bununla yanaşı əsas kütləvi dövrü mətbuat orqanı kimi jurnal keçirilən bütün siyasi kompaniyalarda fəal iştirak edir. Qarşıda duran məsul vəzifələrlə əlaqədar olaraq, jurnal fəaliyyətini genişləndirməli, ardıcıl nəşrini təmin etməli, bədii-siyasi məzmununu artırmalı, fəhlə-kəndli müxbirləri ilə işin genişləndirilməsinə nail olmalıdır.Bütün bunlara görə, “Molla Nəsrəddin” jurnalının 1931-ci ilə dair nəzərdə tutulan xərclərinin cədvəlini təqdim etməklə təsdiq olunmağını və illik xərcinin 16 min 44 manat həcmində qəbul edilməsini, Sovnarkoma dövlət yardımını ildə 6 min 44 manata çatdırmağı təklif etməyi xahiş edirəm.
Azərbaycan İctimai Şura Cümhuriyyəti Komissarlar ŞurasınaFevral ayı üçün “Molla Nəsrəddin”ə çatacaq beş yüz (500) manat miqdarında olan dotasiyanın verilməyini Komissar Şurasından iltimas edirik.Məcmuənin məsul müdiri
İrəvan müxbirimizdənDəlmə – İrəvan şəhərinin kənarında, şəhərin cənubi-qərbində, Zəngi çayının sahilində yerləşir. Çox münbit torpağı olan bu yerdə, Dəlmə arxı ilə sulanan çoxlu meyvə-üzüm bağları vardır. Sayı 60-a çatan bu bağları xüsusi şəxslər – əməksevən yerli tatarlar salmışlar; həmin bağları salmaq üçün onlar vaxtilə, əllərində bel, əkdikləri meyvə ağaclarının və üzüm tənəklərinin üstə çox alın təri axıtmışlar ki, bu əkinləri nəvə-nəticələri üçün yadigar qoyub getsinlər. Zəhmətsevər insanların işi, öz gözəl bəhrəsini verdi: bir zamanlar daşlı-kəsəkli, bomboş yer olan Dəlmənin hər yerində hazırda şəhərin bəzəyi olan qəşəng bağlar əmələ gəldi. Lakin təəssüf ki, əzəldən bu bağların sahibi olan savadsız adamlar həmin bağları öz qabarlı, kobud əllərində saxlaya bilmirlər.Bizim bələdiyyə idarəsinin hələ çoxdan Dəlmə bağlarında gözü vardı; lakin bu barədə qəti bir tədbir görmək ona heç çür müyəssər olmurdu; axı, doğrudan da olmaz ki, əldə heç bir əsas olmadan gəlib bağ sahiblərini öz bağlarından qovub çıxarasan; “ürəyim yanır, amma əlimdən bir iş gəlmir”. Məhkəmə yolu ilə iddiaya başlamaq da mənasız idi: əldə heç bir sübut və sənəd olmadığına görə, bu işi udmaq ağlabatan deyildi. Yeni torpaqlar uğrunda qızğın iş getdiyi, şəhər tərəfindən müsəlman qəbiristanlığını da bir otlaq kimi şəhərin ərazisinə daxil etmək məsələsi ətrafında mübahisə başladığı zaman vəziyyət belə idi. Lakin Dəlmə bağları qətiyyən otlaq yerlərə oxşamır.
Poems by other poets · Satire
Hər rəngə desən girməyə amadəyik, əl’an,Üç rəngə girər ildə bu qayilçə müsəlman:
Ədəbiyyat (20-ci nömrədə "Cinani"yə cavab)Çox eybculuq etmə, məndən senə vəsiyyət,Sanma ki millətində bilmərrə yoxdu qeyrət.
Qoşulub molla Həsən bir keşişəMən ölüm, Kirpi dayı, yaxşı fikir ver bu işə,Qoşulub molla Həsən saqqalı top bir keşişə.
Uzun dərya(Siyahət xatiratımdan)Babacan! Guş elə əlan sənə bir hekayət edim ünvan ki, çıxar ortalığa sirri-