Dövlətli xanımlar
Şəhərimizdə bir dövlətli xanım var. Bayram qabağı xanım bir xəyallandı darül-tərbiyədəki övrət-uşağa paltar tikdirsin ki, Allah da xanımdan razı olsun; amma təqvimə baxdırdı gördü ki, saat xoş deyil. Sonra bir belə fikrə düşdü ki, Qafqaz mühacirlərinin hərəsinə bayram axşamı bir qədər xərclik paylasın. Yenə təqvimə baxdı gördü ki, yazılıb “nə şayəd”.
Axırda dedi: xub, neçə-neçə ali imarətim var ki, bir-birinin içindədir, bu imarətlərin birini Allah rizası üçün vəqf elərəm idareyimaarifə (inşallah) ki, orada yetim uşaqlar üçün bir böyük mədrəsə qərar verilsin.
Yenə təqvimə baxdı gördü ki, ağayi-Hacı Nəcmüd-dövlə fərmayiş edir ki, bayram axşamı həna qoymaqdan savayı heç bir işə iqdam eləmək rəva deyil.
Labud nə naçar qalıb, xanım həzrətləri məşğul oldu paxlavaları bişirməyə və bizə də göndərmişdi; Allah sizə də qismət eləsin. Amma paxlavaları yedim yatdım, yuxuda gördüm ki, bir neçə il bundan əqdəm Təbrizdə cəmiyyəti-xeyriyyə üçün bir mötəbər və xeyli dövlətmənd haçı cənabları, bilmirəm dəli-divanə imiş nə imiş, ya məcburiyyət üz vermiş imiş, – xülasə, mərhum alicənab cəmiyyəti-xeyriyyəyə öz ali imarətlərinin birini yalandan ehsan eləmiş imiş.
Xülasə, nə başıvı ağrıdım, bir gün.. .
Hərdəmxəyal
“Molla Nəsrəddin” 6 rəməzan, 1339 (15 may 1921), №8
Kitabxana.az · https://kitabxana.az/en/works/memmedquluzade-dovletli-xanimlar
Use ← → keys to move, R for a random poem
More by this author
İranda hələ köhnə istibdaddan çox yadigarlar var, biri də misyonerlikdir.Rusiyada misyonerlik istibdadın atası birinci Pavel padşah tərəfindən təsis olunmuşdu. Hərçənd ikinci Aleksandrın azadixahlığı sayəsində misyonerlər hörmətdən düşdülər, amma axırıncı Nikolay əsrində misyonerlər yenə nüfuz qazanmışdılar; belə ki, Qazan müsəlmanları içində məşhur Radlov, Türküstanda Ostroumov və Qafqaziyada miropyevlər xeyli bir zaman müsəlmanların qanını şişəyə tutmaqda idilər ki, axır inqilabda onlar hamısı əziz ömürlərini İrandakı misyonerlərə bağışlayıb rədd oldular.
İanəTəbrizdə nəşr olunan “Minarə” adında erməni ruznaməsinə Qəzvin erməniləri tərəfindən iki yüz əlli tümən ianə göndərilibdir.Təəccüb eləmək lazım gəlir ki, iranlılar bu növ himmətdən uzaqdırlar, zira ki, İranda indiyə qədər nəşr olunan İran ruznamələrinin əksəri bir böyük mənbədən ya böyük əşxasdan pullar alıb o mənbəni və o əşxasın mürəvvici-əfkarı olublar, yəni onların əfkarına xidmət ediblər.
Təzə dəyirmanEşitdiyimizə görə, bu tezlikdə çörəyin qiyməti xeyli ucuzlanacaq və bu ucuzluğa səbəb jandarmeriyanın maşın dəyirmanı olacaq ki, on yeddi il təmir olunmaqdadır. Bu dəyirman bir neçə gündən sonra işə düşəcək və hər gün yeddi min xərvar buğda üyüdəcək. Hələ də dəyirmandan səvayı elektrik matoru da otuz doqquz ildir təmir olunmaqdadır ki, bu günlərdə işə düşəcək və Təbrizin cəmi məhəlləeyrinə və hətta kasıbların da evlərinə işıq verəcək. Özü çox müftə, su qiymətinə. Hərçənd kasıb-küsüb jandarmaların haqqından kəsib həmin dəyirmana və matora çox pullar sərf elədilər, amma çörək ucuzlananda, bunun əvəzi çıxar inşallah, genə də inşallah və maşallah, genə də maşallah.Qızdırmalı*
Üç çərəkBiz aşağıda qol çəkən mülk sahibləri eşitmişdik bələdiyyə qərardadına binaən, yıxılan divarları təmir edən vaxt lazımdır üç çərək dalı çəkilmək.Biz bunu belə başa düşdük ki, divarı küçəyə tərəf lazımdır üç çərək dalı çəkmək. Amma indi başlayıblar müqəssir tutmağa ki, biz güçələri genəltmək əvəzinə daha da daraltdıq.
Poems by other poets · Satire
Şanlı gördükcə məni sanki edir qövr fələk,Min kələk çidə edir başıma filfövr fələk.
Əşar (“Kəlniyət”, ağrın bu qoca naqqala”)“Kəlniyət”, ağrın bu qoca naqqala,Bircə sözüm var, onu yaz jurnala,
Hüriyyəti-nisvanKeçməz işə bu əsrdə hürriyyəti-nisvan,Qan bir kərə, söz müxtəsər: arvad deyil insan!
ŞiələrYetişib mahi-əzası şiənin,Təzələndi yenə yası şiənin.