Bizdə hər şey öz qaydasındadır. Uşaqlar səlamətdirlər. Bəs haçan gələcəksən? Gələndə limfa da gətir.

Burada yaz pis keçmir. Qəmər və Münəvvər sənə salam göndərirlər. Dəyirman işləyir.

Yavaş-yavaş jurnal üçün yazmağa başlamışam. Hekayələri Orucovlara göndərmək fikrindəyəm, yayda söz vermişəm. Hərçənd Tiflisdə Zeynal da xahiş edir ki, ona verim.

Deyilənlərə görə, artıq qubernator gəlib. Çəyirtkəni səylə qırırlar. Təzə bir xəbər yoxdur. Tez gəlsən şad olarıq.

Uşaqları öpürəm. Minaya və Yusifxana salam.

Cəlil

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Teatr işlərimiz

Divara yapışılar teatr elanlarına baxanda elə nəzərə gəlir ki, Bakı şəhərində guya heç müsəlman camaatı yoxdur. Söz yox, biz bunu bilirik və eşitmişik ki, yay fəsli bir para maarif müəssisələri tətil edərlər ki, ibarət olsun mədrəsələrdən və teatrolardan, amma əcaba, əgər qeyri millətlər üçün yay-qış yoxdur?Əvvəla, necə olub yay səhnələri ki, orada qonşu millətlər kimi biz də teatr nümayişləri verə bilərik və saniyən biz qonşularımızdan nə dərəcədə nazik və lətifik ki, onlar istiyə-soyuğa baxmayıb, bir gün, bir gecə olmur ki, camaatı teatr kimi bir nemətdən məhrum qoysunlar.

1 min
Cəfəngiyat

təmizlikBakı şəhəri keçən il indikindən də təmiz idi.

1 min
Möhkəm iplər

İyirmi ildən artıqdır ki, biz Azərbaycan türkləri mədəniyyət bağının yolunu tapıb, bu yolun piyadaları olmuşuq.Mədəniyyət bağının çiçəklərinin kefləndirici ətirləri, canverici havası, bulaqlarının təmiz və sərin sularının şorultusu, bülbüllərinin gözəl oxumaları bizləri çəkir, yürüdür, amma biz yürüyə bilmirik; o gözəl bağa tez yetişib, faydalanmağa və rahat olmağa ürəyimiz nə qədər tələsiyirsə, addımlarımızı tez-tez ata bilmirik. Nə qədər yıxılırıq, qalxırıq, atılırıq-düşürük və irəliləyiriksə, yenə görürük ki, yolun ondan bir payını ölçə bilməmişik, görürük ki, bağ hələ çox uzaqdadır.

2 min
Kürk

Məşədi Qulaməli Təbrizdə bir sövdəgər idi. Hər nə rastına gələrdi, alıb satardı. Dükanı bizim qonşuluqdaydı. Dükanında olardı kömür, köhnə paltar, at yəhəri, ulağ palanı, qab-qacaq, köhnə yorğan–döşək və qeyri belə–belə şeylər.Bir gün bazardan keçirdim, gördüm Məşədi Qulaməlinin dükanının qabağında üç-dörd kəl arabası durub, hamısı doludu kürəknən. Qulaməli də bikef oturub, hesab çortunu qabağına qoyub, fikrə gedib. Mən dayandım və buna salam verdim. Qulaməli istər–istəməz salamımı aldı və dinmədi.

1 min

Poems by other poets