Jurnalın 2-ci nömrəsindən sənə baqacda 5 yüz göndərdim və teleqrafla baqacın nömrəsini məlumat elədim. Ancaq 3-cü nömrədən sənə 3 yüzdən artıq göndərə bilməyəcəyəm, çünki səhvən az çap olunub və bu üç yüzü də poçtla banderol edəcəyəm və satılan jurnalın hər birinə 18 qəpik göndərə bilməsən, Bakı bazarından bizə bir şey qalmayacaq. Çünki, vallah, jurnal qızıl qiymətinə başa gəlir, o dərəcədə hər bir şey bahadır; ələlxüsus bu şəkilləri.

Cəlil

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Xoş amədi

“Hər dəm əzin bağ bəri mirəsəd”.“Tərəqqi”nin bir neçə nömrəsində osmanlı ədiblərindən izmirli Xacəzadə Məhəmməd Abdulla bəy əfəndi öz barəsində ərəbcə yazdığı mədhnamələri oxuduq.

3 min
Nə eləsin?

Məhəmməd Əmin Rəsulzadə cənabları ortalığa bir təzə söz çıxardır, amma indi mən ondan bir söz soruşam, lap məəttəl qalıb gözlərini döyəcək.M.Ə.Rəsulzadə qəzetədə yazıb Bakı camaatına təklif eliyir ki, “İttihad” və “Nəşri-maarif” cəmiyyətləri birləşsinlər. Yəni “Səadət”, “İttihad” və “Nəşri-maarif” cəmiyyətləri bir yerə yığışıb bir cəmiyyət olsunlar.

1 min
Gələcək

Hərdənbir kənardan durub baxanda mən bir belə şey görürəm, görürəm ki, Qafqazda bir az rusca oxumuş müsəlmanlarımız həmişə rusca yazı-pozu eləyirlər. Əvvəl adam elə bilir ki, bunlar müsəlmanca oxumayıblar; sonra baxıb görürsən ki, çox əcəb oxuyublar, bəlkə on il dərs oxuyublar.Hər kəs istəyir ki, mənim yalanımı tutsun, təvəqqə edirəm bu yazdığıma yaxşı diqqət eləsin; əgər diqqət eləməsə, dəxi ixtiyarı yoxdur mənə yalançı desin.

4 min
Xəbərdarlıq

Biz qəzetlərdə neçə dəfə oxumuşuq ki, Sultan Əbdülhəmid əl altından gecə və gündüz çalışır cavan türklərin başını bir tövr qarışdırsın və məşrutəni pozsun. Biz bu xəbərləri eşidə-eşidə genə dinməməkdə durmuşuq. Əvvəla, ondan ötrü ki, deyirdik bəlkə qəzetlər yalandan yazırlar, necə ki, Danabaş kəndində həmişə deyirlər ki, qəzetənin peşəsi yalan yazmaqdır və bir də ondan ötrü dinmirik ki, dəxi Cabbar Cığafovu və sultanın qeyri gədalarını özümüzdən incitmiyək.Amma indi bu xəbər gəldikcə yoğunluyur. İndi cəmi qəzetələr lap açıq-açığına yazırlar ki, indiki politika məsələlərini qalxızan sultan özüdür ki, məşrutəçilərin başını qatıb dava bəhanəsi ilə qoşunu alsın öz ixtiyarına və bildiyini eləsin. Hələ bunu da yazırlar ki, sultan Bolğariya hökumətinə xəlvətcə bir kağız yazmış imiş ki, əgər o kağız gedib yerinə çatsaydı, Osmanlı məşrutəsinə böyük sədəmə toxunacaq idi. Amma cavan türklər xəbərdar olub haman kağızı ələ gətiriblər.

1 min

Poems by other poets