Nə eləsin?
Məhəmməd Əmin Rəsulzadə cənabları ortalığa bir təzə söz çıxardır, amma indi mən ondan bir söz soruşam, lap məəttəl qalıb gözlərini döyəcək.
M.Ə.Rəsulzadə qəzetədə yazıb Bakı camaatına təklif eliyir ki, “İttihad” və “Nəşri-maarif” cəmiyyətləri birləşsinlər. Yəni “Səadət”, “İttihad” və “Nəşri-maarif” cəmiyyətləri bir yerə yığışıb bir cəmiyyət olsunlar.
Amma mən deyirəm ki, bu birləşməyin bizim müsəlmanlara zərəri var, nəinki nəfi.
Baş üstə, indi bir saatlığa tutaq ki, xudanəkərdə birləşdilər. Məlum şeydir ki, birləşəndə üç cəmiyyət əvəzinə olacaq bir cəmiyyət. Bir cəmiyyətin də bircə nəfər rəisi olacaq. Demək ki, indiki üç rəisin ikisi yox olacaq, qalacaq biri.
Bəs bu yox olan iki rəislər nə eləsinlər?
Biz Rəsulzadə cənablarını müsəlmanlara xeyirxah tanımışdıq. Amma bir kəsin ki gecə və gündüz xəyalında bu ola ki, rəislərimizi çoxaltmaqdan azaltsın-buna hər halda biz xeyirxah adı qoya bilmənik.
Hər kəs bunu unutmasın ki, həmin indiki cəmiyyətlər öz rəislərinin vücudu ilə əmələ gəlib. Əgər o rəislər olmasaydılar, indi bu cəmiyyətlər də yox idi. Əgər qəzetələr olmasaydılar, nə rəislər olardı və nə cəmiyyətlər. Əgər mən yəqin edəm ki, heç bir qəzetədə və heç bir məclisdə mənim adım çəkilməyəcək, heç bir məclisdə rəis olmanam.
Genə deyəsən sözü uzatdıq.
İnşallah, mabədi olacaq.
Lağlağı
“Molla Nəsrəddin”, 27 oktyabr 1908, №43
Kitabxana.az · https://kitabxana.az/en/works/memmedquluzade-ne-elesin
Use ← → keys to move, R for a random poem
More by this author
Bir neçə gün bundan qabaq qəzetlər yazırdılar ki, Türkiyədə xilafəti qaldırmaq istəyirlər. Mən bu söhbəti eşidəndə çox nigaran oldum: qorxurdum ki, dünya-aləm bir-birinə toxuna, gün məqribdən çıxa, göylərə vəlvələ düşə, yerlərə zəlzələ düşə. Qorxurdum Dəccal xüruc edə və... xülasə canıma çox belə-belə qorxular düşürdü.Doğrudan da, öz aramızdı, necə yəni xilafət aradan götürülsün?! Necə bilirsən, xilafət nədən ibarətdir?
Əliqulu Nəcəfov“Molla Nəsrəddin”– tək bir nəfər müəllifin əsəri deyil. “Molla Nəsrəddin” bir neçə mənim əziz yoldaşlarımın qələmlərinin əsərinin məcmuəsidir ki, mən də onların ancaq ağsaqqal yoldaşıyam.Bu əziz yoldaşlarımızın biri də mərhum Əliqulu Nəcəfovdur.
Şeir nəşəsi“Şərq qadını” məcmuəsinin 3-cü nömrəsinin 49-cu səhifəsində yazılıb:“İdarəmizə gənc yazıçılarımız tərəfindən gələn yazıların çoxusu şeir və nəzmdən ibarətdir. Bu üçüncü nömrəmiz təb olunana kimi idarəmizə qırx beşə qədər mənzum əsərlər gəlmişdir. Bunların yüzdə həştadının məzmunu bir-birinə oxşar olub hamısı eşqdən, məhəbbətdən, vüsaldan, kaman qaşlardan, lalədən, bülbüldən, güldən, pəridən, ulduz gözlərdən və habelə şairanə nazik mətləblərdən bəhs etməkdədir”.
Köhnə dərdimŞərq qadını məsələsi mənim dərdimdir. Bütün ömrümdə vurduğum qələmin çox hissəsi Şərq qadını məsələsi üstündə vurulub. Onunçün də “Şərq qadınçılar”ın dərdini mən hamıdan artıq anlaya bilirəm.Nədir onların dərdi?
Poems by other poets · Satire
Gündə bir cildə girən simasız adamlaraHeyrət etmədiyinçin heyrət edirəm sənə.
Ola bilsəm!Qoca bir dükançının bulvarda çayxanada xidmət edən gənc bir rus qızına məktubu*Şadəm gecələr çayına mehman ola bilsəm,
Ədəbiyyat (“Kəlniyət”! Al bircə qələmdən, kağız)“Kəlniyət!” Al bircə qələmdan, kağız,Tezlik ilə jurnala bu vəzni yaz,
ItilgetHər kəs özü qəm çəkməyə daradır, itilget!Qəm çəkmə ki, millət qəmi bicadır, itilget!