Məktub sahibinə ərz olsun ki, həmin şəkli bizə çəkdirən şəxs Təbriz əhli idi ki, Tiflisdə bir gecə qalıb, Bakı təriqi ilə yollandı Məşhədi-müqəddəsə. Adını soruşduqda cavab verdi ki, əsil adımın sizə lüzumu yoxdur, amma təxəllüsüm Rza Xorasanidir. Həqiqət biz özümüz şəkkə düşdük və şəkli bu surətdə qəbul eləmək istəmədik, amma müşarileyh belə cavab elədi: getdiyim ağaya and içirəm ki, bu şəkil demokrat firqəsinə toxunmur.

Bununla bərabər idarəmiz əhd edir ki, bundan sonra vəkilimiz və dostlarımız tərəfindən təsdiq olunmamış mətləbləri jurnalımızda dərc etməyək.

Molla Nəsrəddin

“Molla Nəsrəddin”, 27 noyabr 1917, № 24

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Yumşaq-quru

Mən qərib adam, pulum da yoxdur. Gedirəm çörək almağa, səngəkçi qabaqca soruşur: yumşaq istəyirsən, quru? Deyirəm quru. Görürəm şatır səngəki səliqə ilə bişirir, o tərəfini bu tərəfini qızdırır, tutur qabağıma ki, götür apar. Mən də olan qalan bir abbasımı verirəm, çörəyi dürməkləyirəm və bir dəqiqədə qovurqa kimi yeyirəm, genə ac qalıram.Sabah genə getdim bir səngək istədim, genə çörəkçi soruşdu: yumşaq istəyirsən quru? Dedim qoy bu səfər “yumşaq” deyim, bəlkə bu səfər qarnım doya. Dedim yumşaq. Onda gördüm zalım oğlu şatır bir xəmir kündəsini yaydı, bir təhər burşaladı (məsələn, itə yal bişirən kimi), qoydu tərəziyə və bir-iki tikə də kəsdi, düzəltdi, verdi apardım yedim, doydum. Bəli, doydum, yəni möhkəm doydum. Amma qarnım şişdi və sancı elədi. Getdim davaxanaya, dava soruşdum, elə qiymət dedi ki, quruyub qaldım (amma davaxananın adını yadımda saxlamışam ha).

1 min
Təzə partilər

Axır vaxtlarda Xoyda Amerika üsulu ilə dörd müstəqil parti təşkil tapıb.Birinci parti Qulu xan partisidir. Parlaman üzvləri İqbalüssəltənə atlılarından intixab olub. Rəisül-vüzəra məzkur Qulu xandır ki, prezident deməkdir.

2 min
Misyonerlər

İranda hələ köhnə istibdaddan çox yadigarlar var, biri də misyonerlikdir.Rusiyada misyonerlik istibdadın atası birinci Pavel padşah tərəfindən təsis olunmuşdu. Hərçənd ikinci Aleksandrın azadixahlığı sayəsində misyonerlər hörmətdən düşdülər, amma axırıncı Nikolay əsrində misyonerlər yenə nüfuz qazanmışdılar; belə ki, Qazan müsəlmanları içində məşhur Radlov, Türküstanda Ostroumov və Qafqaziyada miropyevlər xeyli bir zaman müsəlmanların qanını şişəyə tutmaqda idilər ki, axır inqilabda onlar hamısı əziz ömürlərini İrandakı misyonerlərə bağışlayıb rədd oldular.

2 min
İanə

Təbrizdə nəşr olunan “Minarə” adında erməni ruznaməsinə Qəzvin erməniləri tərəfindən iki yüz əlli tümən ianə göndərilibdir.Təəccüb eləmək lazım gəlir ki, iranlılar bu növ himmətdən uzaqdırlar, zira ki, İranda indiyə qədər nəşr olunan İran ruznamələrinin əksəri bir böyük mənbədən ya böyük əşxasdan pullar alıb o mənbəni və o əşxasın mürəvvici-əfkarı olublar, yəni onların əfkarına xidmət ediblər.

1 min

Poems by other poets