Kamança
Page 1 of 2
Faciə, 1 pərdədə
Məclisdə olanlar
Qəhrəman yüzbaşı.
Qaraş.
Həsənəli.
Əziz.
Qasıməli.
Novruz.
Zeynəb.
İmran.
Kamançaçı Baxşı (erməni).
Qarabağda, dağın ətəyində, kəndin kənarında, ağacların dibində, çəməndə, axşama bir az qalmış, atlı dəstəsi sərkərdəsi Qəhrəman yüzbaşı bir daşa söykənib, qıçlarını uzadıb, fikirli oturubdur. Bir tərəfdə bunun yasovulu Qaraş, qabağında yəhər və əlində iynə-biz yəhər tikir. Bir tərəfdə yoldaşlardan Həsənəli çörək-pendir hazırlayır və düzür Qəhrəman yüzbaşının qabağına. Qeyri yoldaşlardan Əziz və Qasıməli od yandırırlar. Bir neçəsi kənarda oturub çörək dürməyi yeyir. Yenə bir neçə nəfər, kimi tüfəngə patron qoyub boşaldır, hamısı qəməli və patrondaşlı; bircə Qəhrəman yüzbaşı patrondaşını çıxarıb qoyub qabağına. Kənarda ağaca bir neçə tüfəng söykənib. Bunlardan savayı yoldaşlarından biri arpa xəlbirləyir, biri tüfəngini gətirib söykəyir ağaca, o biri tüfəngini götürüb aparır. Yavuqdan at kişnəməsi də eşidilir. Uzaqdan tək bir güllə səsi gəlir.
Qaraş. Həsənəli, tez ol, Qəhrəman yüzbaşı səhərdən acdı.
Qəhrəman yüzbaşı. Balam, Qaraş, vallah heç iştahım yoxdu.
Həsənəli. Qəhrəman yüzbaşı, bir mənə bax gör nə deyirəm: sən ağır-arxayın çörəyini ye, üstündən də çay dəmləyim, kefincə iç, arxayın bu gözəl çəməndə yat; mən də kişi kimi sənə söz verirəm ki, sübh işıqlanan kimi erməniləri Qazançıdan çıxardım.
Qaraş (Həsənəliyə). Mən ölüm Həsənəli, yekə-yekə danışma! Həyə sən kişi idin, binəva Süleymanbəyə vaxtında patron yetirə idin, darda qalmayaydı; üç-dörd erməniyə əsir düşməyəydi. Mən, nəyə deyirsən, and içim (bizi və iynəni çırpır yerə) ki, Süleymanbəyin də yoldaşlarının da güdaza getməyi sən kimi bişüur yoldaşların bərəkətindəndir…
Həsənəli (Qaraşa acıqlı). Ədə, Qaraş, vallah sən qudurubsan! Sən heç özün də bilmirsən ki, nə danışırsan! Mən Süleymanbəyə…
Qəhrəman yüzbaşı (danışığı kəsir və hövsələsiz). Allah xatirinə bu bihudə danışıqları boşlayın. İndi daha iş işdən keçib; yəni heç Həsənəlinin də burada günahı yoxdu. Nə qədər başıdaşlı Süleymanbəyə çığırdım ki, dəyirmana girməyin. Mən bilirdim ki, orada erməni var. Yəni olmasaydı da, Süleymanbəygil ordan salamat qurtara bilməyəcəkdilər. Məgər yadınızdan çıxıb ki, haman dəyirmanda bildir ermənilər on iki adamımızı yandırdılar? Mən bilirdim ki, ora xatalı yerdi.
Əziz (Qaraşa). A balam, Qaraş, doğru deyiblər ki, uzaqdan döyüş asan gələr. Hələ bir de görüm, Həsənəli başına nə daş sala idi? Deyirsən Süleymanbəyə patron yetirə bilmədi; amma sən bilirsənmi Həsənəli özü nə gündə idi? Həsənəli bu gün Xumarıdan Qazançıya kimi ermənilərin iki səngərini alıb, neçə erməni öldürüb, atalarını yandırıb. Niyə, davanın hamısını Həsənəliyə tutdurmuyıblar ki?..
Qasıməli (Əzizə). Hələ sən onu deyirsən, bu gün mən…
Qəhrəman yüzbaşı (bir qədər dikəlib, hövsələsiz). A kişi, siz Allah, siz peyğəmbər, bu güftgunu boşlayın. İndi hər nə olub, keçib; qoyun bir saat qulağımız dincəlsin görək.
Həsənəli (guya öz-özünə yavaşca). Yəni, Allaha şükür, bir şey ki, olmuyub. Genə necə olmuş olsa, ermənilərin atalarına od vurmuşuq.
Qəhrəman yüzbaşı (birdən dikəlib, ucadan hirs ilə Həsənəliyə). Necə od vurmuşuq? Niyə boş-boş danışırsan? Biz onların həyə beş-on dığa-mığasını öldürmüşük, bəs Nəcəfqulu kimi igidi bir də haradan tapacağıq? Şirzadı haradan tapacağıq? Misirxanı neçə erməniyə dəyişmək olar? Bu nə boş-boş təskinlikdi özünüzə verirsiniz?
Həmin söhbətdə yoldaşlardan Novruz adlı, əlində xəlbir, arpa xəlbirləməkdə idi; kənarda bir qaraltı görüb, əlini qoyur alnına, diqqətlə uzağa baxır və bir qədər baxandan sonra deyir:
Novruz. Əziz, Əziz, bir gəl sən də diqqətlə bax gör o qaraltıları seçərsən, ya yox; mən onları adama oxşadıram.
Əziz (gedib Novruzun yanında durub, diqqətlə haman tərəfə baxır). Bax, birisi özünü verdi qayanın dalına.
Novruz. Sən öləsən, Əziz, ermənidilər. Onlar yəqin bizi gördülər. Bax, o birisi də keçdi daşın dalına.
Həsənəli və Qaraş da durub diqqət ilə haman tərəfə baxırlar.
Novruz. Sən öləsən, Əziz, bunlar ermənidilər.
Bu sözləri decək Novruz cəld tüfəngini salır çiyninə, cilovu ağacın budağından çəkib, qaçır atlansın. Əziz də buna baxıb haman cür eləyir. Bunlardan savayı yoldaşlardan yenə ikinəfər cilovları götürüb qaçırlar. Qəhrəman yüzbaşı da və qeyriləri ayağa durub, haman tərəfə diqqət ilə baxırlar.
Qəhrəman yüzbaşı (əlini qoyub alnına). Ədə, cəld tərpəşin! (Çığırır) Əziz! Atı döy, sənin atın qıvraqdı...
Qaraş (ucadan). Çaparaq, çaparaq! (Alçaqdan). Qorxuram çata bilməyələr. (Bir az sakit olub) Aha, qoçaq Novruz deyəsən tutaçaq. Aha, Əziz də haqladı. Zalım oğlunun atının qabağından bir kəs qurtara bilməz...
Qəhrəman yüzbaşı. Hey, hey... Yox, biri deyəsən qaçıb əldən çıxdı. Amma Qazançıdan bir-iki erməni görsəndi... Ədə, qorxuram uşaqları vuralar.
Çox uzaqdan tüfəng atılır.
Qəhrəman yüzbaşı. Yox, biri qaçdı. Odu, özünü soxdu Qazançının bağlarına...
Qaraş. Aha, deyəsən birini tutdular.
Qasıməli. Tutublar. Yəqin ki, yaralanıbdı; yoxsa bu da qaça bilərdi.
Qəhrəman yüzbaşı. Amma qorxuram öldürələr. Yaxşı olardı diri gətirəydilər; danışdırandan sonra öldürəydik. Ədə, İmran, tez atıl atın üstə, çaparaqla. Deginən əgər ermənidirsə, diri gətirsinlər.
İmran tüfəngi götürüb yox olur, bir qədər baxırlar.
Qasıməli. Deyəsən gəlirlər.
Qaraş. Gəlirlər. Hər kəsdisə, tutub gətirirlər.
Qəhrəman yüzbaşı. Gəlirlər (gəlib oturur qabaqkı yerində). Qasıməli. Gətirsinlər görək kimdi...
Qaraş. Hamısı piyada gəlir...
Qəhrəman yüzbaşı. Qaraş, bunlar hər kəsdisə, nabələd adama oxşuyurlar. Bunlar ya gərək Saybalıdan gələlər, ya da Çeşməbasardan. O yerlərə də ki, erməni indi öz ayağı ilə gedib çıxmaz. (Bir qədər sakitləşirlər).
Qaraş (cəld baxa-baxa). Budu, Əziz çaparaq gəlir; görək nə xəbər gətirir...
Əziz (sevincək cəld atdan tullanıb, uzünü yüzbaşıya tutur). İkisi də Qazançı erməniləri imiş. Amma birinin əcəli tamam deyilmiş. Zalım oğlu dovşan kimi qaçdı, özünü soxdu Qazançının bağlarına; amma yoldaşını tutduq... Budu, uşaqlar gətirirlər. Yüzbaşı, vallah, bunu da tuta bilməyəcəkdik, çünki mənzil çox uzaqdı. Bu çünki axsaqdı, qaça bilmədi.
Qəhrəman yüzbaşı. Biz elə xəyal elədik ki, güllə dəyib.
Əziz. Yox, güllə dəyməyib, anadan doğma axsaqdı. (Atını çəkib bağlayır budaqların birinə). Budu, gəldilər...
Novruz və İmran bir axsaq ermənini qabaqlarına salıb, gətirirlər yüzbaşının qabağına. Qalan yoldaşlar atları yerbəyer eləyirlər. Erməni, yəni kamançaçı Baxşı, sağ əlində örtük, içində kamança, yüzbaşıya ikiqat baş əyib, qorxa-qorxa sağına-soluna baxır.
Qəhrəman yüzbaşı (yoldaşlara). Amma balam, deyəsən ovunuz bir ov deyilmiş. (Baxşıya) Adə, erməni, sən hansı kətdisən?
Baxşı (titrəyə-titrəyə). Ara, mən qazançılı Baxşıyam. (o tərəfə-bu tərəfə baxır).
Qəhrəman yüzbaşı. Yoldaşın kim idi? Haradan gəlirdiniz?
Baxşı. Ay ağa, yoldaşım qazançılı tar çalan Qriqor idi. Çeşməbasardan gəlirdik; Zulfüqarbəyin oğlunun toyunda çalırdıq.
Qəhrəman yüzbaşı. Çox əcəb, çox əcəb. Siz gedin müsəlmanların toyunda plov yeyin, axmaq müsəlmanların pullarını doldurun cibinizə, Qazançı erməniləri də gecə xəlvətcə tökülsünlər müsəlman kənd1ərini yandırsınlar. A balam, bəsdi, həya eləyin! Balam, bu iki cüt bir tək qorxaq ermənilər, bilmirəm, vallah, bizdən nə istəyirlər? Dünən Qazançı erməniləri bizim Sarvanlardan dörd nəfər elə bir igid oğlanlar öldürüblər ki, dörd yüz sənin kimi çolaq erməni öldürsək, genə əvəzi çıxmaz...
Baxşı (titrəyir). Ağa, din haqqı xəbərim yoxdu. Allah (əllərini göyə qalxızır) bais mərdimazarın evini yıxsın! (ağlayır).
Qaraş. Hə, ağlarsan, ağlarsan! Bəs niyə ağlamırsan?! İndi ağlarsan. Bilirsən ki, bu saat başını qoyun başı kimi kəsəcəyik. İndi, bax, qorxundan yoluq cücəyə oxşuyursan. Amma, vallah, fürsət tapsan, sən də haman müsəlman qanına yerikləyən ermənilərin birisən.
Baxşı (titrəyir). Nə deyim, a qardaş.
Qəhrəman yüzbaşı. Adə, erməni, Vartan indi hardadı? Bilirsən hansı Vartanı deyirəm? O ki, bizim Şirzadı apardı, öldürdü, o namərdi deyirəm; bilirsən hardadı? Yəni bilsən də, doğrusunu ki, deməyəçəksən.
Baxşı (titrəyir). Vallah, bilmirəm.
Qəhrəman yüzbaşı. Eybi yoxdu. İndi o şişləri qızardıb səni dağlayanda deyərsən doğrusunu...
Zeynəb arvad mərəkə ilə ağlaya-ağlaya özünü salır ortalığa və Baxşının üstə hüçum çəkib, onun üz-gözünü başlayır cırmaqlamağa.
Zeynəb. Budu Qazançı ermənisi? Sənsən? Sənsən? Bu saat səni mən tikə-parça eləyəcəyəm! Öz əlimnən səni doğrayacağam, qiymə-qiymə eləyəcəyəm! Hanı mənim oğlum?! Hanı mənim pəhlivan Şiralı oğlum?! Niyə onu öldürdünüz? Bax, bax! (Cırmaqlayır və sonra qaçıb Qaraşın belindən qəməni çəkib, qalxızır Baxşının üstə). Vurum? Vurum? Vurum? (Bu halətdə dayanıb durur) .
Baxşı yanını yerə vurub, sağ əlindəki kamançanı gizlədib, sol əlini tutub qəmənin qabağına.
Qəhrəman yüzbaşı (Zeynəbə). A rəhmətliyin qızı, sən də burada bizi məəttəl eləmə! Arvadsan, get arvadlığına! (Cəld gəlib istəyir qəməni Zeynəbdən alsın, bu da vermir və dartınıb çəkilir kənara. Yüzbaşı öz qəməsini çəkib, qalxızır Baxşının üstə və uzünü tutur Zeynəbə). Qəməni elə işlətməzlər, bax belə işlədərlər!
Kitabxana.az · https://kitabxana.az/en/works/memmedquluzade-kamanca
Use ← → keys to move, R for a random poem
More by this author
Professor Köprülüzadə danışdıqca mən də danışacağam.Oktyabrın 24-də professor Köprülüzadə ədiblər cəmiyyətində danışırdı. Söhbət Türkiyənin şairlərindən düşmüşdü. Axırda söz gəldi çıxdı Əbdülhəq Hamidə və Tövfiq Fikrətə. Burada əziz qonağın ağzından mən bir qəribə söz eşitdim: guya bu ədiblərin yazıları çətin yazılardır.
Dəxi nə istəyəcəklər?Doğrudan da, birisinin qabağından qaçdıqca daldan səni qovalayacaq.Sözüm İran azərbaycanlılarının barəsindədir.
Böyük həkimlərYaşadığımız əsrdə və yaşadığımız Bakıda lazımdı hər gün və hər gecə, hər namazdan sonra əl qaziyül-hacətə götürüb, haqq-taaladan istiğasə etmək ki, yaranmışına bir azar-mazar göndərməsin və həkimlərə möhtac qalmasın; yoxsa vay azarlının halına. Çünki indiki əsrdə, indiki Bakı paytaxtında hər bir bədbəxt ki, azarladı – dəxi onun işi bitdi.Bir mən yazığı başa salın görüm, mən başıdaşlı başıma nə çarə qılım; özüm hərdən bir azarlayıram. Və beş-altı nəfər külfətim var, söz yox ki, onları da hərdən bir Allahın dərdi gəlib tapır. Özüm də çünki qulluqdayam, söz yox ki, məcburi straxavoy olmuşam ki, buna da türkcə “sığorta” deyirlər, nə deyirlər.
MüsəllaBu keçən yay bərk isti oldu və istinin qoxusundan yerin altında da, üstündə də suları qurudu. Bir çox yerlərdə taxıllar yanmağa başladı.Yağış da yağmayırdı. Bircə ümid uca olan Allah-taalaya qaldı. Buna görə bəzi qəzalarda hələ laxlamamış dindar müsəlmanlar öz pakdamən mollaları qabaqda olaraq müsəllaya çıxdılar.
Poems by other poets
Xoca Əhməd özün salıb əngələ,Torpağa, qəltanə, lilə, bükülmüş,
Təcnis: Gözüm görcək səni istər kamaləGözüm görcək səni istər kamalə,Bürqeyin üzündən dağıdar Yaxşı,
MüştaqəmEy yar vəfadarım,Didarına müştaqəm,
Haqq nəsib eyləsin yenə varalumHaqq nəsib eyləsin yenə varalum,Bab-i-salam qapusundan girəlum,