Mübarək olsun
Adət eləmişik bayramda sevinmək, şad olmaq və bir-birimizi təbrik etmək. Uşaqlar da adət edib bayramda sevinmək, şad olmaq və bir-birini təbrik etmək.
Bəs, təfavüt nədir? Uşaqlarla bizim təfavütümüz hardadır? Uşaqlar da şad olub, biz böyüklər də şad olmuşuq. Uşaqlar sevinib təzə paltar və qırmızı yumurtaya, biz böyüklər də elə haman şeyə sevinmişik. Amma lazımdır ki, biz böyüklərlə kiçiklərin təfavütü ola idi. Təfavüt də burada ola bilər ki, bayram günü biz təzə geyinmiş, cibləri dolu uşaqlarımıza baxanda sahibsiz, ac uşaqları da yada salaydıq ki, bayram günü bizim uşaqlarımız plov yeyəndə yetimə uşaqlar bəlkə yavan çörək də tapmayacaqlar.
Bir kəs ki, bu mətləbi düşünmədi, onun uşaqdan bir fərqi yoxdur; çünki uşaq tayfası belə hisslərdən uzaq olar.
Amma həqiqi bayram o kəslər üçündür ki, bayram günü onun cismindən savayı ruhu da şad ola; ruhun da şadlığı o surətdə ola bilər ki, insanlar insanlıq vəzifəsini yerinə yetirə.
Mübarək olsun eydi-səidi-novruz o şəxslərə ki, bayram münasibətilə sahibsiz bir uşağı yada salıb onu şad edəcək. Mübarək olsun eydi-firuzi-novruz o qardaşlara ki, onun hümməti nəticəsində digər bir möhtac qardaşımız da bayram günü özü və uşağını tox görüb, uşağını bir qırmızı yumurta ilə sevindirə biləcəkdir.
“Molla Nəsrəddin”, 9 rəcəb, 1339, (20 mart 1921), №3
Kitabxana.az · https://kitabxana.az/en/works/memmedquluzade-mubarek-olsun
Use ← → keys to move, R for a random poem
More by this author
Qabaqca göndərilib sizə “Sirkə” kitabçası ilə yüz ədəd. İndi də göndərilir “Molla Fəzləli” kitabçası ilə yüz ədəd.“Molla Nəsrəddin” idarəsi tərəfindən
Əli Məhzun yoldaşa!1929*Mən qabaqlarda Ruhullaya da demişdim ki, öz barəmdə bir şey yaza bilmərəm, savayı ondan ki, anadan olmuşam min səkkiz yüz yetmişinci ildə (1870), Naxçıvan şəhərində. On üç yaşadək mollalar yanında dərs almışam, sonra Qori seminariyasına daxil olub, 1888-ci ildə oranı tamam edib kəndlərdə müəllimliyə məşğul olmuşam. Ta ki, 1904-cü ildə “Şərqi-Rus” qəzetində bir il çalışıb, 1906-cı ildə “Molla Nəsrəddin”i bina etmişəm.
Həmidə! (1 aprel 1930)Mən sənə hələlik ona görə yolpulu göndərmirəm ki, mənim hesabıma görə jurnal tezliklə dayandırılmalı, yaxud həmişəlik buradan çıxıb getməli idim. Onda, əlbəttə, sən köçüb gələr və burada yaşardın. Çünki birdən böyük otaq da boşalardı, mənim otağıma da daha iş üçün gəlib-gedən olmazdı.Amma bu əhvalat hələ uzanır. Əgər çox uzansa, onda gərək sən kükürdlü sular vannasının mövsümü başlanandan gec olmayaraq gəlib Hacının evinə düşəsən (əvvəl şərtləşdiyimiz kimi). Odur ki, bu gün mən sənə hələlik yarımaylıq məvacibimi – 40 manat, üstəlik 25 manat (verdiyin borcun yarısını), cəmisi 65 manat göndərirəm. Aldığım borcu tamam göndərərdim, amma təqaüdümü hələ almamışam (bilmirəm nə üçün ləngidiblər). Alan kimi göndərərəm.
Əzizim Əlişdan dayı! (Bakı, 30 aprel 1930)Sənubər Bakıya gələndən sonra mən sənə kağız yazmışdım, amma səndən heç bir cavab yoxdur. Belə görsənir ki, sən haman kağızı almamısan. Sənubər də bizdən bixəbər yığışıb gedib Naxçıvana. Vallah, mən bilmirəm dəxi nə eləyəydim ki, Sənubər məndən razı qalaydı. O bura gələndə mən adam göndərdim, Sənubəri tapdı gətirdi. Və iki gündən sonra Sənubər yoldaşları ilə bizə qonaq da gəldilər. Amma o bizdən getdikləri oldu. Dəxi bizə gələn olmadı. Təəccüb eləyirəm ki, nə səbəbə buradan getdilər və dərslərini yarımçıq qoydular.Bu gün Naxçıvan və Ordubad zəlzələsini qəzetdə oxudum, nigaran oldum: görəsən, bizə səmt adamlardan zəlzələyə giriftar olan yoxdur ki?
Poems by other poets · Satire
Bu yuxudan, bilmirəm, islamiyanBir kərə bidar olacaq, yoxsa yox?
Maddeyi-tarixYatmış idim, gecə röyada məni tutdu köpək,Ol qədər keçmədi ki, gördüyüm oldu gerçək.
Körpə nişanlıQundaqda ikən bir qızı ad eyləmişəm mən,Nazlı bəbədən könlümü şad eyləmişəm mən.
Yol verin!Qaçın, qaçın, yol verin, atlandı Nasirəlmülk!Avropadan Tehrana, yollandı Nasirəlmülk!