Dəstə
– Mirzə Məhəmməd Cəfər ağa, belə qərar qoyuldu ki, sabah həmin məsələdən ötrü saat üç yarımda bizə təşrif gətirəsiniz.
– Çeşm, çeşm! Şərəfyab olarıq inşallah. Buyurduz nə vaxt gələk?
– Üç yarımda.
– Yəni necə üç yarımda?
– Bəli, üç yarımda, dəstədən üç saat yarım keçmişdə.
– Hacı ağa, üç yarım keçəndə bivaxt olar. Xahiş edirəm günortadan qabaq cəm olaq; günortadan sonraya üzrüm var.
– Bəli, bəli, elə mən günortadan qabaq ərz elədim. Ərz elədim dəstədən üç yarım keçəndə.
– Hacı ağa, indi başa düşdüm, siz irani hesab ilə fərmayiş edirsiniz. Çün mənim saatım alafranqa qurulub, o səbəbdən iştibah etdim. Xub, buyurursuz dəstədən üç yarım keçəndə?
– Bəli, Mirzə ağa, üç yarım keçəndə.
– Hacı ağa, bağışlayız, mənim alafranqa saatım üç yarım keçəndə, bizim alafranqa hesabilə saat neçə olur?
– Mirzə ağa, üç yarım keçəndə təqribən axşam azanına səkkiz saat yarım qalır.
– Hacı ağa, bağışlayız, mənim alafranqa saatım günortadangünortaya qurulur; görəsən, üç yarımı ki, buyurursuz günortadan nə qədər qabaq olacaq?
– Mirzə ağa, bizim hesabda günortaya təqribən üç yarım qalır. Xeyir, gərək ki, dörd saat qala.
– Xeyr, Hacı ağa, gərək az qala.
– Xeyr ağa! Bizim hesabda təqribən dörddən bir az-maz kəm qalır.
– Xeyr, ağa, bizim hesabda saat doqquz olur.
– Xeyr, ağa, bizim hesabda saat üç yarımdır.
– Xeyr, ağa, təqribən dörddən bir az-maz kəm qalır.
– Xeyr, ağa, bizim hesabda gərək saat doqquz ola, ya da təqribən saat səkkiz yarım ola.
– Xeyr, ağa, dəstədən təqribən üç saat yarım keçəndə, yəni günortaya təqribən nə qalır?
– Yəni günortaya təqribən.. . qoy hesab edim, yəni təqribən dəstədən yarım, bəli, üç yarım, axşama da doqquz, xeyr, təqribən səkkiz yarım, ya da ki, təqribən bir az-maz əskik.. .
Sabah ağalardan biri gəlib əyləşdi və yoldaşları iki saat gözlədi. Biri bir saatdan sonra gəldi, bir neçəsi iki saatdan sonra cəm oldu, qalanları da heç əbədən gəlmədi; çünki bilmədilər, dəstə hesabilə gəlsinlər, ya alafranqa hesabilə.
Bir nəfər də günortadan üç yarım keçmişdə gəldi gördü ki, məclisdə heç kəs yoxdu.
Lağlağı
“Molla Nəsrəddin”, 20 rəcəb, 1339 (31 mart 1921), №4
Kitabxana.az · https://kitabxana.az/en/works/memmedquluzade-deste
Use ← → keys to move, R for a random poem
More by this author
“Tərcüman”ın 25 ili*(1883-1908)*
Təzə kitab“Avropada üç aylıq səyahətim”Yazan Ədilxan Ziyadxan
İzaleyi-nəcasətİranlı qardaşlar ilə bərabər İranın müsibətinə qüssələnirik. Vətən yolunda namərd cəlladların hökmü ilə şəhadətə yetən qələm sahiblərinin və qeyri mücahidlərin pak ruhuna səcdə edirik və İran məmləkətinin bu bəlalardan qurtarıb xoşbəxt olmağını səmimi qəlbdən arzulayırıq.İrana dair Molla Nəsrəddin sayağında məzəli sözlər danışmağı və məzhəkəli məqalələr yazmağı indiki vaxtda lazım görmürük, yəni uzun yazmaq üçün bir mətləb də yoxdur. Əgər bu işlərin səbəbini birisi bizdən dübarə soruşsa, biz genə qabaqlarda dediyimiz sözü deyəcəyik: İranın bu halına əvvəlinci və axırıncı səbəb bu olubdur ki, İranda indiyədək hər bir müsəlman bir özgə müsəlmana rast gələn kimi hər bir şeydən qabaq bunu soruşub:
Abunə dəftərimiz açıldıBu gün qəmər əqrəb bürcündə xaric olmaq münasibətilə fürsəti qənimət və saatı xoş bilib abunə dəftəri açdıq. Bu gələn ilin müddətində də köhnə sayaq ilə nağıl və məsələ yazmağa və ilanqurbağa şəkli çəkməyə məşğul olub əlimizdən gələn qədər çalışsaydıq və lakin burası var ki, övzai-kəvakib təğyir tapdıqca və ilin fəsilləri dəyişdikcə biz də buna müvafiq hərdənbir məsləkimizi dəyişəcəyik. Artıq səyimiz bunda olacaq ki, hamı müsəlman qardaşları özümüzdən razı edib heç bir kəsin nə yaxşılığını və nə pisliyini danışmayaq. Əzqəza əgər danışsaq da inşallah, yaxşıların da, pislərin də yaxşılığını danışacayıq və heç şeydən də şikayətçi olmuyacayıq, zira:Məkon zi gərdişi-giti şikayət,
Poems by other poets · Satire
Mehdiqulu xana*Mənə buyurmuşdun: Qoləyə gəlsin,
Sahib-zühurEvini Allah yıxsın, a Baba, Dum əməllərindən qabaq bizim evimizi sən yıxdınki, elə dedin: “Qız gərək oxusun, qız gərək oxusun!”
Ədəbiyyat (20-ci nömrədə "Cinani"yə cavab)Çox eybculuq etmə, məndən senə vəsiyyət,Sanma ki millətində bilmərrə yoxdu qeyrət.
Əşar (“Kəlniyət”, ağrın bu qoca naqqala”)“Kəlniyət”, ağrın bu qoca naqqala,Bircə sözüm var, onu yaz jurnala,