Novruz
Ax, gözəl bayram, ax gözəl novruz! Ax, min-min balaca uşaqların qəlblərini şad edən novruz!
Vəqti bəharəst xiz, ta betamaşa rəvim.
Dur gedək tamaşaya, bax gör nə gözəl bayramdır: qəzetlər yarpaq kimi göyəriblər. Tiflisdə Şeytanbazar müsəlmanları baydaqların ucuna alma və partaxal taxıb və özləri də tumanlarını çirməyib düşüblər küçələrə və Təbriz dilənçiləri təki ağaların qapılarına gedib mübarəkbadlıq edirlər. Amma bunu unudurlar ki, bura Tiflisdir, belə şeylər Təbrizdə olar; orada belə hərəkətlər insanı utandırmaz, amma Tiflisdə adam xəcalət çəkər.
Həmə ruzi ma bəxti firuz bad.
Allah cəmi müsəlman qardaşların bayramını mübarək eləsin, xüsusən xudayi-taala Mirzə Əli ağanın vücudunu bibəla eləsin ki, Bakıda “İttihad” mədrəsəsinin şagirdlərinin döşünə medalları düzüb ötürüb Bakının küçələrinə. Bakı “cahil”ləri görəndə “oxqay” deyirlər, amma əcnəbi millətlər də görüb ürəklərində deyirlər “nesçastnıy narod” (hər çənd ki, əcnəbilər anlamırlar).
Ax, gözəl bayram, qəlbləri şad edən bayram, İran aclarını tox edən bayram! Sən olmasaydın, dövlətli İran tacirləri və dövlətli İran xanları bayram günləri bu qədər pul yığıb İran aclarına göndərməyəcək idilər. Girəm ki, yaxşı elədilər yığmadılar, Allah atalarına rəhmət eləsin; əgər yığsaydılar, İran aclarından qabaq pulların hamısını özləri yeyəcəkdilər.
Allah cəmi müsəlman qardaşların bayramını mübarək eləsin! Allah əncümən üzvü Məşədi Abbası Bakı iranlılarına çox görməsin!
Vallah mən ki, utanıram!..
Molla Nəsrəddin
“Molla Nəsrəddin”, 14 mart 1910, №11
Kitabxana.az · https://kitabxana.az/en/works/memmedquluzade-novruz-2
Use ← → keys to move, R for a random poem
More by this author
Söhbət sığorta işləri barəsindədir.Bunu da ərz edim ki, bu sözləri mən danışmayacaq idim və danışmazdım da. Səbəb budur ki, sığorta sözləri mənim özümdən böyük sözlərdir; necə ki, adam adama deyər: “Özündən böyük söz danışırsan”. Amma bunu mən indi ondan ötrü danışıram ki, bu axır vaxtlarda sığorta söhbətlərini məndən də savayı danışanlar vardır.
Hünərli qadınlar“Hünər hünər üçündür,hünər Allah üçündür!.. ”.
Namaz üstəBirinci səhifədəki şəklin mənası :Rza şah namaz üstədir. Onun dalında durub bir nəfər məcrubi- Ərsa məmləkətlərinin səfiri.
İran “tacir”ləriMəlumdur ki, bir az vaxt bundan qabaq Bakıda bir neçə nəfər İran “taciri” yerli hökumət tərəfindən həbsə alınıbdır. Səbəbi də bu imiş ki, həmin “tacir”lər məxfi surətdə qızıl pul alış-verişinə məşğul imişlər, bir surətdə ki, qızıl pul ticarəti hökumət tərəfindən qədəğəndir; o səbəbə qədəğəndir ki, bir belə alış-verişin əhali üçün zərərindən başqa bir mənfəəti ola bilməz, hökumətin maliyyə siyasətinə də böyük zərbədir; çünki qızıl pulu qeyri-təbii surətdə qalxızır və çervon pulu da yenə qeyri-təbii surətdə aşağa yendirir.Və lakin Molla Nəsrəddinin dünyasına həmin işlərin dəxli yoxdur; ancaq bizi danışdıran bir məsələdir ki, o məsələni qoyub keçə bilmədik.
Poems by other poets · Satire
Səni gec də olsa tanıya bildim,Vətənə, millətə gərəksizsənmiş.
Əlhəzər, qoyma baxa əksimə zahid ki, onunƏlhəzər, qoyma baxa əksimə zahid ki, onunNuri-həq dideyi-xudbininə zülmət görünür;
Səni aləmdə, ey arami-can, hər kim zəlil istərİsmayıl bəy Qutqaşınlıya*Səni aləmdə, ey arami-can, hər kim zəlil istər
Ədəbiyyat (“Kəlniyət”! Al bircə qələmdən, kağız)“Kəlniyət!” Al bircə qələmdan, kağız,Tezlik ilə jurnala bu vəzni yaz,