Oktyabr kimə bayramdır, kimə yas? Cəmi zəhmətkeşlər Oktyabrı bayram saxlayanda iki qism insanlar yas saxlayır. Kimdir yas saxlayanlar?

  1. Tacir və mülkədarlar. Səbəbi?

Səbəbi budur: ticarət əldən getdi, asan vəchlə sadədil əhalidən nəhayət dövlət qazanmaq əldən getdi, xalqın pulu ilə çəhardəh məsum ziyarətinə müşərrəf olmaq əldən getdi və dörd arvad nigah və hədsiz arvad siğə eləmək əldən getdi. Mülkədar üçün: muzdur əlilə dünyanın naz-neməti içində yaşamaq əldən getdi.

  1. Molla və mərsiyəxanlar üçün: müftəcə yağlı yemək və dünyada hər cür zəhmətdən bixəbər olmaq – bunlar hamısı əldən getdi.

Bu zəliləri çıxandan sonra, Oktyabr cəmi zəhmətkeşlərin bayramıdır. Səbəb budur ki, indi dəxi onların qanını soran zalım sərvətdar təşrif aparıbdırlar. İndi dəxi zəhmətkeşlər özləri azad bir sahibkarlardır.

Axır Oktyabrı bayram saxlayan – bir nəfər də var: o da bizim qoca Molla əmidir. Bu da Oktyabrı o səbəbə bayram saxlayır ki, Oktyabrın dövlətindən dəxi molla və mərsiyəxanlar işdən düşüblər, seyid və dərvişlər işdən düşüblər, cin tutan, fala baxan, rəml atan və tas quran işdən düşüblər.

Onunçün, qoca Molla əmi də işçilərə əl verib deyir:

– Xoş qədəm olsun on iki yaşındakı Oktyabr!

Molla Nəsrəddin

“Molla Nəsrəddin”, 7 noyabr 1929, №45

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Murdar

Krımda təyyarəçi məktəbində iki yüz şagird oxuyur. Bunların içində bir nəfər də türk balası yoxdur.Sən nahaq yerə bu sözləri mənə deyirsən; çünki bilirəm ki, bu sözləri mənə deməkdə türk qardaşları məzəmmət etmək istəyirsən ki, nə səbəbə uçucu dərsindən qaçırlar. Mən də bunun cavabında sənə deyirəm ki, çox əcəb eləyirlər qaçırlar. O səbəbə ki, havaya uçmaq peşəsindən qaçmağa tatar millətlərinin iki böyük bəhanələri var.

2 min
Qalife şalvar

Oktyabr bayramında əmələlərdən kəndlərə nümayəndə göndərilmişdi ki, kəndlilərin əhvalını yoxlasınlar və görsünlər əkinçi qardaşların məişəti nə cür keçir.Əmələ nümayəndələri kəndləri gəzəndən sonra elə qəribə-qəribə xəbərlər toplayıb, gətirdilər ki, o xəbərləri qəzetələrdə oxuyanda çoxları ola bilər ki, təəccüb edələr və bəlkə inanmayalar.

2 min
Kitab məsələsi

Çox yerdən yazıb, bizdən soruşurlar ki, aya qədim əsrlərə nisbət yenə indi mətbəə və çap işləri baha başa gəlir?Bu cür sualların hamısına mən indi birdən cavab vermək istəyirəm.

2 min
Fars konsulu

Deyirlər: Bu günlərdə Bakıda əyləşən İran konsulu qeyri yerə dəyişiləcək və onun yerinə Tehrandan təzə konsul göndərirlər. Bu təzə gələn konsul farsdı və türk dilini bilmir. Bunu da deyirlər ki, Bakıdan savayı qeyri şəhərlərə də təzəlikdə göndəriləsi olan İran konsulları fars olacaqlar və bəlkə onlar da türk dili bilməyən olacaqlar.Rusca deyirlər: Pociviyom, uvidim. Yəni inşallah yaşarıq, görərik. Biz də inşallah (bu əcəl məsələsi işi xarab eləməsə) inşallah görərik.

1 min

Poems by other poets · Satire