Oktyabr bayramında əmələlərdən kəndlərə nümayəndə göndərilmişdi ki, kəndlilərin əhvalını yoxlasınlar və görsünlər əkinçi qardaşların məişəti nə cür keçir.

Əmələ nümayəndələri kəndləri gəzəndən sonra elə qəribə-qəribə xəbərlər toplayıb, gətirdilər ki, o xəbərləri qəzetələrdə oxuyanda çoxları ola bilər ki, təəccüb edələr və bəlkə inanmayalar.

Əmələ nümayəndələri qəzetələrdə belə rəvayət edirlər ki, “Sobravo” nahiyəsində ispolkom sədri yumuşaq divan üstündə oturub, kəndlilərə etina eləmir və balaca uşaqlar ona baş əyməyəndə üç günüç gecə onları dustaq saxlayır.

Qaradonluda ispolkom sədri kondrabatçılıq edir.

Petropavlovkada hər kəs ispolkom sədrinə çest verməsə, dustaq olacaq.

Əli Bayramov nahiyəsində ispolkom sədri Yapon zəlzələsinə yığılan pulları öz məvacibinə çıxdı.

Salyan qəzasının Xılımlı nahiyəsində hökm olunmuşdu ki, iyirmi dörd saatın müddətində naloqlar yığılıb qurtarsın.

Göyçay qəzasında naloqları on altı saatın müddətində yığıb, qurtarmaq istəyirmişlər.

Həmin xəbərləri hərçənd ki, əmələ nümayəndələri axırıncı günlərin qəzetələrində yazıblar, amma bircə bunu yazmayıblar ki, kəndlilərin başına bu əngəllər haradan gəlir və nə ilə bunun qabağını almaq olar.

Bu barədə biz öz rəyimizi söyləmək istəyirik.

Bunun ümdə səbəbi budur ki, indiyə kimi hər bir cavan ki, istəyib nahiyələrdə ispolkom qulluğuna girsin, yainki milis rəisi olsun, qabaqca özünə bir qalife şalvarı tikdirib, poxodni çəkmə geyib, ombasına bir tapança bağlayıb və belinə bir şallax taxıb, özünü verib xam kəndlilərin içinə. O cavandan bir soruşan olmayıb ki, aya səni kim göndərib və hara gedirsən? Nə üçün gedirsən və hansı hökumətin əsridir?

Mən elə qanıram ki, kəndlərdə olan cəmi şuluqluqların əsil səbəbi budur.

Hətta bu barədə Moskvada mühəndislər yığıncağında Rusiya komissarlar şurası sədri yoldaş Riqov da bir belə işarə edib.

Həmin yoldaş söyləmişdi ki, hər işi gərək öz xibrəsinə və mütəxəssisinə tapşıraq.

Məlumdur ki, yoldaş Riqov bu sözləri tək bircə mühəndislər barəsində söyləməmişdir.

Yoldaş Riqov demişdir:

Qızım, sənə deyirəm, gəlinim sən eşit! Yəqin ki, üzünü mühəndislərə tutanda yoldaş Riqov bizim Azərbaycan kəndinin məsul işçilərini nəzərə alırmış. Çünki yoldaş Riqova xəbər çatmış imiş ki, Azərbaycan nahiyələrində indiyə kimi kənd camaatını idarə etmək məsələləri o dərəcədə səhl sayıb ki, nahiyə ispolkomları və milis rəislərinin vəzifəsini çox yerdə çayçı şagirdlərinə tapşırırlar.

Hər kəs bu sözə irad etsə, biz adbəad və birbəbir nişan verə bilərik.

Xülasə əsil mətləb qalife şalvar üstədir.

Lağlağı

“Molla Nəsrəddin”, 13 dekabr 1924, №27, səh. 4

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

“Kəndli evi” birinci qonaqlarını necə qəbul etdi?

Aprelin 28-də Bakıda təntənəli bir surətdə mərkəzi kəndli evi açıldı. Bu evin açılması üçün Torpaq komissarlığı iki ildən çoxdur ki, çalışır. Ev üç mərtəbədən ibarətdir. İki il çalışıb-vuruşduqdan sonra, ancaq bir mərtəbəsi hazır ola bilmişdir. Sözümüz burasında deyil.Evin açılışı qəzetələrdə kəndlilərə xəbər verildi. Həmçinin kəndli evi nə olduğu, kəndlilərə nə kimi yardım edəcəyi barədə qəzetələrdə kəndlilərə dəfələrlə yazılmışdı. Ona görə bu evə kəndli qonaqlarının gəlməsini gözləmək lazım idi. Yəqin ki, Torpaq komissarlığı özü də bu evi açanda bilirdi ki, bu xəbər qəzalara çatanda kəndlilər gəlib buraya düşəcələr. Buna görə onları qəbul etmək və rahatlandırmaq üçün lazımi tədbirlər və binagüzarlıqlar olunmuşdu.

2 min
Xəbərdarlıq

Biz, aşağıda qol qoyan Qarabağ müslümələri eşidirik ki, bir neçə laməzhəbi-müsəlman qardaş başlayıblar mömin müsəlman camaatını inandırmağa ki, nəüzbillah, bu məhərrəmlik təziyəsində ağ köynək olub baş yarmaq və küçələrdə dəstə tutub “Şaxsey” getmək lüzumsuz bir işdir. Hələ bir neçə güya oxumuş cavanlar tarixə də əl uzadırlar və deyirlər ki, min üç yüz il bundan əqdəm ərəblərin qəbilə sərkərdələri biri-biri ilə “Portfel” üstə savaşıb, dalaşırmışlar. Axırda biri ölüb, biri öldürübdür. O əhvalatdan min üç yüz il keçəndən sonra biz axmaq türk tayfası bambılı kimi özümüzü ortalığa atıb, öz əlimizlə öz başımızı yaralayırıq. Öz yumruğumuzla öz sinəmizi tapdalayırıq ki, nə var, nə var, nə bilim filan faxtda filan və filan ölübdür.Bu cür yoldan azanlara biz bir neçə Qarabağ müslüməsi indidən xəbər veririk ki, əvvəla, heç bir kəs bundan sonra namərbud sözləri danışmasın. Çünki hər bir Əli şiyəsi gərək öz təklifini anlasın və bunu bilsin ki, o məzlumi-Kərbəla bilə-bilə özünü şəhid etdi ki, onun ümməti onun yolunda bir qətrə gözyaşı tökməklə axirətdə özləri üçün nicati-cavidaniyə nail olsunlar.

2 min
Din əleyhinə təbliğat

Dünən qəzetdə bu sərlövhə ilə yoldaş Şirvanskinin bir məqaləsini oxudum.Yazır ki, əvvəla, bizim bir para xam təbliğatçılarımız din əleyhinə apardıqları mübarizəni taktika üzrə və məharət ilə aparmırlar və avam camaatın hazırlığını mülahizə etməyib sözlərini “damdandüşmə” meydana gətirirlər. Saniyən, haman təbliğatçı yoldaşlar öz biliksizlikləri səbəbindən məruzələrini xeyli tarixi səhvlərlə doldururlar. Bu cür qələt xətti-hərəkətin nəticəsində qulaq asan qara camaat ayılmaq əvəzində, bu növ təbliğatdan ikrah edib, daha belə məclislərə yavuq düşmək istəmirlər.

1 min
Pasport “get-gəli”

İranlıların pasport get-gəli məsələsi “Bakı fəhləsi” qəzetinin ancaq dördüncü səhifəsində yazılıbdır. Amma biz bu məsələni bir azca qabağa gətirsək, heç eyib eləməz.Səbəb budur ki, məsələ o qədər də əhəmiyyətsiz deyil.

1 min

Poems by other poets · Satire