İranlıların pasport get-gəli məsələsi “Bakı fəhləsi” qəzetinin ancaq dördüncü səhifəsində yazılıbdır. Amma biz bu məsələni bir azca qabağa gətirsək, heç eyib eləməz.

Səbəb budur ki, məsələ o qədər də əhəmiyyətsiz deyil.

Qəzetdə yazılıb ki, Azərneft idarəsi İran fəhlələrinin pasportlarını alıb, pasport əvəzi olaraq fəhlələrə özgə bir şəhadətnamə veribdir. Amma Bakı milis idarəsi həmin şəhadətnamələri hesaba qoymur və deyir ki, gərək əsil pasportlarınızı nişan verəsiniz.

Qəzet yazır ki, bunun nəticəsində İran fəhlələri get-gələ düşüb, bir gün yox, çox günlərini itirirlər.

Mənə qalsa, bu məsələni dördüncü səhifədən götürüb, birinci səhifəyə keçirdərəm və buna da səbəb: iranlıların pasport məsələsi tək bircə Azərneft idarəsi ilə qurtarmır. Pasport müsibətini iranlılar Azərneftdən başqa yenə bir neçə böyük idarənin astanasında çəkməkdədirlər.

Bu idarələrin birinin adı İran konsulxanasıdır, ikincisinin də adı pasport məsələsi ilə əlaqədar olan qeyri idarələrdir.

Məsələyə mən ondan ötrü əhəmiyyət verirəm ki, söhbət iranlı fəhlələr barəsində deyil, bulvar kənarındakılardadır və həmin bizim mömin və müqəddəs iranlı “yoldaşlarımız” – necə ki, məlumdur – hər il məcburdurlar ki, pasport əziyyətlərinə qatlaşıb ətəbati-aliyat ziyarətinə müşərrəf olsunlar və ağamın altı guşəli qəbrini ağuşlarına basıb, özləri üçün nicati-cavidani ələ gətirsinlər.

İranın, Ərəbistanın müqəddəs torpağını ayaqlayıb əsnai-müsafirətdə, söz yox, oranın da mömin və behiştlik əhalisinə rast gəldikdə, Şura məmləkətlərinin övzaından söhbət açacaqlar və o vaxt, əlbəttə ki, başları pasport daşına dəymiş iranlılar, Şura torpağında zəhmətkeşlərə Oktyabr inqilabından çatan cəmi nemətləri unudub, buraların övzaından yenə şikayətçi olacaqlar.

Onun üçün bu məsələni ən əhəmiyyətli sanıb, mən onu birinci səhifədə yazdım.

Molla Nəsrəddin

“Molla Nəsrəddin”, 26 iyun 1926, №26

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Ar olsun!

Ar olsun belə ümmətə!Bakı qazısı axund Əbdürrəhim Hadizadə həzrətləri noyabrın 21- də ruznamələrin birində üzünü Bakı camaatına tutub nəhayət təsirli bir moizə elədi və çün ağanın sözləri çox yanıqlı və mətləbi çox əhəmiyyətli idi, mümkün olan şey deyildi ki, belə bir moizə təsirsiz, nəticəsiz qala. Amma çox təəssüf ola ki, camaatımız axır illərdən bəri o qədər lazım olmayan söhbətlərə və nəsihətlərə fikir verib ki, dəxi qazı, alim və fazillərin sözləri bilmərrə qulaqlarına girmir.

2 min
Ziyarət

Ali İqtisad Şurasının 23 noyabr 1922 sənə tarixli qərardadı ilə ziyarətə gedən müsəlmanlara ixtiyar verilmişdir ki, özləri ilə bərabər üç yüz manat gümüş pul aparsınlar. (Qəzetlərdən)Zəvvar – Əssəlamün əleyküm!

1 min
Gözəl yerlər

Bakının mahalında gözəl bir kənd var; adı Xızıdır. Bu kəndin də ətrafında on beş gözəl kənd var, adları bunlardır:Zibər – 60 ev, Upa – 40 ev, Gərmiyən – 60 ev, Çarqışlaq – 50 ev, Qululu – 60 ev, Şəlgəh – 40 ev, Biləsən – 35 ev, Dəllər – 35 ev, Şıxlar – 35 ev, Zarat – 80 ev, Kəş – 60 ev, Qarabulaq – 35 ev, Pənbə

2 min
Əl quyuları

Qırx ildən artıqdır ki, Bakının neft mədənlərində böyük neft buruqlarından savayı çoxluca əl quyuları da işdə idilər. Həmin bu əl quyularının sahibləri kasıb kəndlilərdir ki, quyulardan nefti vedrə ilə çəkib çıxartmaq ilə özlərinə çörək yolu tapmışlar. Bu quyubazlıq axır vaxtlarda elə tərəqqi eləmişdi ki, ildə bunlardan otuz milyon putdan qırx milyona kimi neft çıxarılıb satılırdı.Keçmiş əsrdə hökumət əl quyuçularına mümkün olan müsaidə və köməyini əsirgəmirdi və niyə də əsirgəyəydi? Məgər kənd füqərasının çörək pulu qazanmağının bir kəsə zərəri ola bilər?!

1 min

Poems by other poets · Satire