Amerikada Şərqi öyrənən cəmiyyətin axır vaxtlarda bir risaləsi çapdan çıxıb nəşr olunmaqdadır. Nyu-Yorkda təb olunan “Pusferton” qəzeti bu kitabçanın bir neçə maraqlı məlumatını öz qəzetində dərc eləyibdir və bu məlumatı Moskvada Şərqi öyrənən cəmiyyətin məcəlləsindən əxz edib, biz də burada oxucularımızın nəzərinə verməyi əhəmiyyətdən xali görmürük.

Amerika cəmiyyətinin üç nəfər üzvü – ki, adlarını burada zikr etməyi artıq hesab edirik – keçən il İrandan Bakıya da gəlmişlər ki, bizim onlardan xəbərimiz olmayıb. Onlar bizim məclislərimizin bir neçəsində rəməzan ayında olublar və idarədə oruc yeyənlərin və oruc tutanların əhvalını və miqdarını öyrəniblər və siyahi ediblər. Məzkur müsafirlər gördüklərini öz dəftərçələrində birbəbir təfsilən qeyd ediblər.

Birinci dəfə onlar türk komsomol cələsəsinə daxil olublar. Burada iki yüz həştad bir komsomolun tək üç nəfəri oruc imiş; qalanları cəmiən günortanın tənəffüs vaxtında çay içirmişlər (yəni oruc deyil imişlər). O üç nəfərin adları haman risalədə qeyd olunubdur (amma biz burada yazmağı lazım bilmirik).

İkinci növbədə amerikalılar dərya kənarında olan doktorlar klubuna gediblər. Burada “Çaxotkanın mikrobları ilə mübarizə” barəsində professor Qazalin cənablarının leksiyası var imiş. Məclisdə olan on yeddi türk doktorlarının cümləsi oruclarını yeyirmişlər.

Üçüncü növbədə müsafirlər “Stalin klubu”na gəliblər. Burada da yığıncaq var imiş və yığıncaqda olanların heç biri orucağıza oxşamırmış; amma çay paylayan savadsız bir tatar qadınından şübhələniblər.

Buradan amerikalılar müəllimlər məclisinə gediblər. “İsmailiyyə” binasında təzə tədris metodu barəsində “müəllim Naciyi-əsr”in məruzəsi var imiş. Yüz otuz altı müəllimin on bir nəfəri oruc imiş qalanlarından çoxusu oruclarını xəlvət və bir azı aşkar yeyirmiş.

Bir neçə də firqəvi iclaslarından da xəbər tutublar. Ancaq tək bircə nəfər məsul yoldaşlardan orucağız görüblər.

İdarədən Amerika cəmiyyəti üzvləri Bazarnı küçəyə gəliblər və Qasımbəy məscidinə gəliblər. Məsciddə moizə var imiş. Camaatın övzaına diqqət yetirib görüblər ki, təqribən üç yüz nəfərin iki yüzü savadsız fəhlə və hamballardır. Bunlar hamısı oruc imişlər. Qalanları savadsız məşədi və kərbəlayılar imiş; bunlar da cəmiən oruc imişlər. Burada bir nəfər qoca müəllim var imiş və iki türk çinovniki; söz yox, bunlar da oruc imiş. Otuz iki nəfər də tiryəki və qumarbaz imiş; bunlar da oruc imişlər.

Məscid dolusu savadsız, çarşablı müsəlman qadınları hamısı oruc imişlər.

Bakıda olan müsəlman alimlərindən, mühəndis və professorlardan və təhsil tapmış türk qadınlarından oruc tutan tapa bilməyiblər.

Molla Nəsrəddin

“Molla Nəsrəddin”, 3 fevral 1928, №5

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

“Rəhbər”

Bəli, bir “qəzet” də bu tərəfdən çıxdı. Vallah, Bakı mollaları fərmayiş etdikləri doğrudur: müsəlmanın evini bu qəzetlər yıxır; qəzetlər artdıqca müsəlmanın lotuları da artır.Hələ biz başa düşmürük ki, “Rəhbər” nə deyir. Gör hələ əvvəlinci nömrədə lap başdan nə yazır: “Yaşadığımız əsr bir əsrdir ki, müntəzəm məktəbi, milli ədəbiyyatı, müəyyən məsləkdə ictimai məişəti və hər cür iqtisadi mücadiləyə hazırlığı olmayan millət məişət mücadiləsində tez-gec məhv olasıdır”; yəni türküsü: bir millətin ki, məktəbi və kitabı olmasa, – o millət puça çıxar.

2 min
Oruc yeyənlər

Orucluq yetişəndə mənim heç kəsə o qədər yazığım gəlmir, nə qədər ki, oruclarını yeyənlərə.Vallah, o cür ki, mən görmüşəm, orucu yeməkdənsə tutmaq min qat asandır.

5 min
Orucu batil eləyən şeylər

Mərvdə cənab mövlana hacı Məhəmməd Bağır ağa hər gün məsciddə minbəri yumruqlaya-yumruqlaya yüz iyirmi dörd min peyğəmbərə and içə-içə camaatı inandırır ki, qəzet oxumaq orucu batil elər. Mən biləsi bu məsələyə diqqət eləmək lazımdır.Tutaq ki, Lənkəranda sərçeşmeyi-ülumi-rəbbani fəxrül-üləma hacı Cabbar ağa Nəsirbəyovun müridləri bu günah əməldən uzaqdırlar; amma yenə oructutanlardan gah bir qəzet oxuyan mənim gözümə sataşır. Məgər bunlar yazıq deyillər?!

5 min
Məclisi-milli

Cənab Molla Nəsrəddin! Nömrə on səkkizdə məclisi –məşvirətdə – olan cənabların şəmayili-mübarəkini çəkib nişan vermisiz və zimnidə əcəlli-mərifətləri dəxi məlum olunub. Vəli bəzi əşxas çoxdan çox talibdir ki, siz o məclisin əczasının ismi-mübarəklərini yazıb və söhbətü məşvərəti-məclisi dəxi bəyan buyurasız məclisdə olan məşvərətlər bu vəz ilə idi. Cənab əczanın ismləri: Cənab Ximyazətül-üləma,Ağa Cəfər Dəbbağ, Ağa Məhəmmədhüseyn Səbbağ, Ağa Məhəmmədtağı Xəbbaz, Ağa Nəcəf Əttar və Ağa Sadıq Dəllak.

2 min

Poems by other poets · Satire