Pak neft və murdar neft
İngiltərə vaizi ser Deterdinq öz moizələrinin birində irad edirmiş ki, dünyada neft iki qismdir: bir qismi murdar və bir qismi pakdır.
Vaizin mülahizəsincə murdar neftlərin cərgəsinə Şuralar nefti də daxildir.
Bunu qabaqca ərz edirəm ki, mən murdar və pak nəsihətlərini indiyədək ancaq məscid moizələrində eşitmişdim və indiyədək elə bilirdim ki, pak ona deyərlər ki, əli dəstəmazlı ola və murdar ona deyərlər ki, binamaz ola və məscidə getməyə; necə ki, məsələn, rus, erməni və binamaz müsəlmanlar.
Neftin də sifətlərinə gəldikdə mən eşitmişdim ki, neft ya xalis olar, ya su ilə qarışıq olar; necə ki, Şuşa qalasında dükanlarda satılan neft. Bu qədər var ki, neftin pak və murdar olduğu söhbəti qədim söhbətdir: hələ Nəsrəddin şahın əsrində amerikalılar İrana gəlib neft mədənlərini tapanda və İran neftini çıxartmaq imtiyazını istəyəndə müctəhidlər şaha ərz elədilər ki, dəxi bu neft murdar oldu getdi. Onunçün də o vaxt İran hökuməti asanlıqla neftin imtiyazını başından “rədd” elədi və çox da yaxşı elədi; çünki İran öz yaxasını kənara çəkəndən sonra, bu otuz ilin müddətində ağır-arxayın öz ibadətinə məşğul olub, qulağı dinc tamaşa edir. Nəyə tamaşa edir? İngilislərlə amerikalıların İran nefti üstə bir-birilə it kimi sümük üstə boğuşmaqlarına.
Demək, “murdar” sözü təzə bir istilah deyil; bunu ingilislər İran müctəhidlərindən öyrənib yadda saxlayıblar və indi də uzaqdan-uzağa Şuralar İttifaqının neftinə baxıb qalıblar mat-məəttəl. Əlbəttə, əgər gedib zor ilə Şura neftinə sahiblənmək olsa idi, pəh, pəh, pəh, nə gözəl olardı!.. Nə qədər milyardlara asanlıqla sahib olmaq olardı! Amma çifayda? Şura zəhmətkeşi qoymayacaq.
Bəs nə eləmək? Mən də acıqnan deyərəm ki, Şura nefti murdardır.
Tülkünün əli ağacdakı üzümə çatmayanda deyir: “murdardır”.
Həriflərin əli Bakı neftinə çatmayanda deyir: “murdardır”.
Bir surətdə o da yalandır, bu da yalandır; murdar o şeyə deyərlər ki, ona binamazın yaş əli dəyə.
Amma cəmi əli dəstəmazlı keçəl və bitli Əli şiələri həmişə pakdırlar.
Molla Nəsrəddin
“Molla Nəsrəddin”, 1 sentyabr 1927, №36
Kitabxana.az · https://kitabxana.az/en/works/memmedquluzade-pak-neft-ve-murdar-neft
Use ← → keys to move, R for a random poem
More by this author
Bu günlərdə bir böyük əngələ düşdüm.Bacım Pəricahan hamilə idi, yəni doğacaq idi. Bacım, əri ilə Danabaş kəndində olurdu, mən də İrəvanda olurdum. Bacımın bir körpə də uşağı var idi ki, bu da bir neçə ay idi naxoş idi.
Çarə lazım!Millətimiz savadsızdır.Çarə lazım!
Teatr işlərimizDivara yapışılar teatr elanlarına baxanda elə nəzərə gəlir ki, Bakı şəhərində guya heç müsəlman camaatı yoxdur. Söz yox, biz bunu bilirik və eşitmişik ki, yay fəsli bir para maarif müəssisələri tətil edərlər ki, ibarət olsun mədrəsələrdən və teatrolardan, amma əcaba, əgər qeyri millətlər üçün yay-qış yoxdur?Əvvəla, necə olub yay səhnələri ki, orada qonşu millətlər kimi biz də teatr nümayişləri verə bilərik və saniyən biz qonşularımızdan nə dərəcədə nazik və lətifik ki, onlar istiyə-soyuğa baxmayıb, bir gün, bir gecə olmur ki, camaatı teatr kimi bir nemətdən məhrum qoysunlar.
CəfəngiyattəmizlikBakı şəhəri keçən il indikindən də təmiz idi.
Poems by other poets · Satire
Ey “Kəlniyət!” Ey xatirimin zövqü səfası,Yalnız demə kim, mollaların boşdu qafası,
Zahid ölməkdən qabaq məqsudinə çatmaq dilərZahid ölməkdən qabaq məqsudinə çatmaq dilər,Cənnətə uyqu ipiylə bir kəmənd atmaq dilər.
QorxaqƏhvalımı pozmayındamağım çağ olanda,
Qiyamətmi qoparXalq oyandı, biz hələ yatsaq, qiyamətmi qopar?Kef edib, meymun-zad oynatsaq, qiyamətmi qopar?