Dünyada heç bir şey bir qərarda qalmır. Ay, gün, yer, ulduzlar və biz gördüyümüz aydan, gündən, yerdən və ulduzlardan savayı genə milyon-milyon bu tövr aylar və ulduzlar, yerlər və günlər var ki, milyon-milyon illərin müddətinə hərəkətdədirlər.

Deyirlər ki, yer durub – yalandı. Deyirlər ki, gün durub amma yer hərəkətdədir – bu da yalandı. Xülasə, dünyada tək bircə Ordubad şəhərindən savayı heç bir şey yoxdur ki, hərəkətdə olmasın.

Bir vaxt var idi ki, Vladiqafqazda iranlıların məscidinin yanında mədrəsə üçün bir böyük otaq var idi; amma illər dolandı, aylar fırlandı, ulduzlar axdı, gün çıxdı və çıxandan sonra genə batdı və genə çıxdı və axırda axund hacı Molla İsmayıl cənabları haman mədrəsə otağını aradan kəsib yarısını dükan elədi. Sonra genə fələklər başladılar hərəkət eləməyə, çaylar üz qoydular axmağa və haman yarım otaqda bir mədrəsə binası qoyuldu və Baxışbəy Köçərliyə ayda on beş manat (maşallah) məvacib verirdilər ki, bu mədrəsədə dərs desin.

Bir övqat da belə keçdi, amma çünki dünyada heç bir şey baqi deyil, iş də baqi ola bilməzdi. On səkkiz ay bu mədrəsə davam etdi və bu onu səkkiz ayın müddətində cənab Köçərli hər gün mədrəsəyə ayaq döydü və hər gün gəlib dərs dedi.

İndi müəllim cənablarına mədrəsə tərəfindən xəbər veriblər ki, mədrəsənin pulu qurtarıb və dəxi zəhmət çəkib dərs deməsin. Doğrudan, yəni insafı araya qoyub danışaq, bu qədər də məvacib olar? Ayda on beş manatı kim eşidib? Məgər bunun öhdəsindən gəlmək olar?

Hərçənd Köçərli cənabları cavab verib ki, elə pulsuz da gəlib dərs deməyə hazırdır, amma çi fayda ki, dünyada heç bir şeyin axırı yoxdu və yəqin ki, bunun da axırı olmayacaq.

Məhz burasını başa düşmək olmur ki, biz müsəlmanların içində çox xərclər var ki, on minlərcə pul sərf olunur və nədənsə Allah yetirir. Heç qurtarmır. Amma bu zəhrimar mədrəsə və qiraətxananın pulu bircə ilin müddətində qurtarır.

Gəncəliyə rast gəlirsən və soruşursan – dram cəmiyyətinizin kefi necədi? Cavab verir ki, pulu qurtarıb. İrəvanlı, naxçıvanlı, şəki və şirvanlı, batum və dağıstanlı, rusiya və iranlı, qarabağlı, gözü qanlı, gözümsən a səlyanlı... məktəb – pulu qurtarıb.

Qiraətxana – pulu qurtarıb.

Danabaş kəndində hər kəsdən soruşursan ki, adın nədir, deyir hacı, adın nədi – məşədi, adın nədi – kərbəlayı.

Keçən il bircə Danabaş kəndindən otuz yeddi nəfər adam getmişdilər Məkkə ziyarətinə, amma qayıdan baş hamısının pulu yolda qurtarmışdı, yəni onu demək istəyirəm ki, müsəlmanların çoxu kasıb adamdır. Dəxi yazıqlar nə tövr məktəb və qiraətxana saxlasındar və ayda on beş manat müəllimə versinlər. Bir ay deyil, iki ay deyil.

Əgər belə getsə, bir az çəkməz ki, Rusiyada və Qafqazda nə qədər müsəlman məktəbi və qiraətxanası və cəmiyyəti-xeyriyyəsi və özgə bir cəmiyyətləri var – hamısının pulu qurtaracaq. Şükr Allaha ki, İranda heç zad yoxdu. Yoxsa iranlı qardaşlarımız da bir ildən sonra “qurtarıb” dərdinə mübtəla olacaq idilər.

Dəxi heç bilmirəm bundan artıq nə deyim!

Cünun

“Molla Nəsrəddin”, 5 may 1908, №18

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Əzizim Məmmədəli!

Mən hələ burada, Xankəndindəyəm.Kağızın yetişdi, razı oldum ki, işləri yerbəyer eləyirsən. Ancaq Manya səndən giley eləyir ki, onu axşamlar tək qoyursan. Yazır ki, bizim köhnə qaravaşımız Olqa hərdənbir Semyonun yanına, yəni bizə gəlir. Semyona de ki, bir də o qız bizdə görsənsə, onu çıxardıb məvacib vermənəm. Xocaya de Olqa bizə gələndə qoymasın. Vera Akimovnadan mənə yaz görüm hardadır və nə qayırır? Bir neçə günə gələrəm. Bu gün yenə material və şəkil göndərirəm. Bir şəxs dünən mənə yazır ki, guya, sən hər gün keflənirsən, mən inanmıram.

1 min
Həmidə! (1911)

Yevlaxa çatdım. Yolda Şamil bəy Vəzirova dəydim... O söz verdi ki, bizim başladığımız işdə yaxından iştirak edəcək və mən əminəm ki, onun bizə çox böyük köməyi dəyəcək.Bərdədə bir neçə nəfər adam heç gözləmədiyim halda Molla Nəsrəddinin dostları çıxdı. Hələ Şamil bəyin yanında olanda bir nəfər bəy Mollaya ehtiramını bildirməyə gəldi, sonra karvansaraya Səfərov adlı birisi gəldi, özü də Şuşadandır, böyük bəzzazdır. Bilmirəm Molla Nəsrəddinə bu şöhrət birdən-birə haradan üz verib.

1 min
Mənim əzizim Həmidə!

dekabr (1911)*Tiflis 17*

1 min
Əzizim Məmmədəli! (1911)

Sən bu qədər ki, mənə kağız yazıb şəkil və məqalələr istəyirsən. Mən çox nigaran və narahat oluram ki, damağım olmur sənə lazımınca kömək edəm. Genə şükür ki, sən işləri elə ötüşdürürsən ki, bir növ, təskinlik tapıram barı. Pul işləri genə məni məşğul etməkdədir. Məsələn, yanvarın 15-də iki veksel var: Bıxova iki yüz və Səmədova yüz əlli manat.Söz yox, indi abunə pullarından borclarımızı verə bilərik, amma bir şey var ki, sən mənim yazdığıma görə pulları kassaya qoymuş olardın və ayın 15-də qəflətən pul tapa bilməzdin vekselləri alasan (çünki kassadan dəxi sənə geri verməzlər).

1 min

Poems by other poets · Satire