Ticarət və ekonomi xəbərləri
Cümlə müsəlman qardaşlara məlum edirəm ki, illər uzunu bağlı qalan məscidlərimizdə məhərrəm ayının əvvəlindən ta doqquzuna kimi bu aşağıda yazılan şeylər çox ucuz qiymətə satılacaqlar:
Papiros tüstüsü (partiya ilə)
Uşaq bağırtısı (partiya ilə)
Qəndab, çay, plov, qəhvə, bozbaş, kələm boranısı (porsiya ilə)
Leyli-Məcnun eşqbazlığı (düjün ilə, amma gərək qabaqca zadatka verilə).
Keçəl qoxusu və balaca-balaca heyvanlar (baqaj ilə göndərmək olar).
Partiyabazlıq, dəstəbazlıq, uşaqbazlıq, qeyrətbazlıq və çomaqbazlıq (vaqon ilə göndərmək mümkündür).
Təkfirnamə (qəzetlərə), lənətnamə (çəkmələri çıxartmayanlara), ədavətnamə, rəqabətnamə, nitaqnamə, həsədnamə (partiya ilə)
Lovğabazlıq və yuxarı başda oturmaqbazlıq (pud ilə satılacaq).
Səs-küydən qulaq tutulma, ara qarışıb dəftər itmə, zənənə hamamı, Quba meydanı, Şeytanbazar, övrət yası, axundlar xası. O nədir ki, göydən yerə gəlir hey...hey. O nədir ki, dərvişlər eşşək minir hey... Vay canım, bacı xanım, xanım. Deyirlər bu gün məsciddə toy çalacaqlar, yığış, uşaqları da götür gedək məscidə...
Dəli
“Molla Nəsrəddin”, 6 yanvar 1908, №1
Kitabxana.az · https://kitabxana.az/en/works/memmedquluzade-ticaret-ve-ekonomi-xeberleri
Use ← → keys to move, R for a random poem
More by this author
Burada açılacaq müəllimlik yerini gözləməyiniz. Ondan ötrü ki, şəhər idarəsi bu yerə müəllimə təyin etmək istəyir, nəinki müəllim. Hətta institut qurtaran cavanların ərizələri kifayətsiz qaldı. Bəlkə axırda şəhər idarəsi rəyini çöndərə. Amma güman eləmirəm ki, bu həriflərin içində sizə bir şey çata.Əgər ixtiyarım artıq olsaydı, çalışardım. Amma dəxi nə deyim?
Əzizim! (Bakı, 10 yanvar 1910)İşlərin çox olması səbəbindən kağızının cavabı yubandı. Məhəmmədhəsən, doğrudur, köhnə ustanın yanından çıxıb, amma dəxi eybi yoxdur, çünki təzə yerində dəxi yaxşı təlim almaqdadır və nigaran olmağınıza bir səbəb görmürəm. Ancaq yazınız Ordubada, təzə pasport göndərsinlər.Dostunuz Cəlil
Qələm yoldaşım Məmmədəli Sidqiyə!Bakı, 15 may (1910)*Azarlı olmağım səbəbindən rica edirəm bir neçə ayın müddətinə mənim əvəzimdən “Molla Nəsrəddin” məcmuəsinin müdiri-məsulluğunu öhdənə götürəsən.
Əzizim Məmmədəli! (Tiflis, iyun 1910)Mən bu ovqat kəndə getməliyəm və burada bir adam lazımdır ki, “Molla Nəsrəddin”i idarə eləsin. Əgər yay fəsli, yəni iki ay gəlib Tiflisdə qala bilsəniz, bu kağızı Məşədi Ələsgər Bağırova nişan veriniz və bunu da biliniz ki, burada bizim evdə yeyib-içəcəksiniz və bir qədər də xərclik hər ay evə göndərə biləcəksiniz. Qədərini indi müəyyən edə bilmədim, amma güman edirəm ki, narazı olmuyasız. Əgər iki aydan sonra Tiflisdə qalmaq istəsəniz, bəlkə genə idarəmizdə qalasınız.Bunu da biliniz ki, burada bizim uşaqlara da dərs verə bilərsiniz, sonra əgər istəsəniz, Həmidə xanımın kəndində onun məxsusi məktəbində dərs deyə bilərsiniz.
Poems by other poets · Satire
Eyki guyi şərəfi-nəfs be ədləstü be cud**Ey ki guyi şərəfi-nəfs beədləstü becud,
Xəbər varEyb açmağa, ay Kirpi dayı, səndə hünər var,Qoy mən də yazım, gör nə qədər tazə xəbər var!
Nəzminin cavabın, ey taci-sərimCəfərqulu xana*Nəzminin cavabın, ey taci-sərim,
Namə(Yekəpər, kəlləpeysər bir molla döşək üstə oturmuş, dizində kağız, gözündəeynək, başında kələm, əlində qələm özü kimi bir mollaya kağız yazır):