Bəyan eylər bu me’raci-rəsuli xas ilə amə
Çün nəqşi-cəmalın, ey düri-pak,Pərtov salub oldu zinəti-xak.Verdükdə bu şərbəndi-imkan,Çərx əhlinə imtidadi-hicran.Kərrubiləri yaqub fəraqə,Qüdsiləri nari-iştiyaqə.Ərvahi-müqəddəsü mükərrəm,Əqdasü müəzzəzü müəzzəm.Əflakü behiştü hürü rizvan,Lövhü qələmü hicabü qılman,Bir gecə əl açdilər niyazə,Ərz eylədilər o çarə sazə.Key faidə xasü amə səndin,Ümmid yetişdi kamə səndin.Ta necə qıla zülali-heyvan,Ləb təşnələri zəmini-rəyyan.
Nola yetişə səhabi-rəhmət,Salə bizə dəxi zilli-rafət.Toxm əldə hənuz sayəpərvər,Göstərdi nəhali-arzu bər.Əndi yerə ruhi-qüdsi-tə’yid,Bir baqmaqdə çün ziyai-xurşid.Pərvanə yetişdi şəm’i-cahə,Qoyduqda qədəm o bargahə,Pəs dedi əda qılub təhiyyət,Ey xosrovi-təxti-mülki-izzət.Dur kim sənə yetdi vəqti-me’rac,Nə’lini firəqi-ərşə qıl tac,Qoy cümlə təəllüqi kəranə,Sür Rəxşi məkani-laməkanə,Nöhraği burax, bu nöh rəvaqə,Axir verə görgilən fəraqə.Qoy tişrə qədəm bu çar sudin,Dur kam götür gəl arzudin.Bir bəzm səninçün oldu tərtib,Bir keyf səninçün oldu tərkib,Kim görməmiş ani çeşmi-didə,Hər nə desin andin ol guzidə.Həmpey özün, ey büti-yeganə,Həm züllə götür bu xakdanə.Durmuş fələki-həzar didə,Pabusinə qəd qılub xəmidə.Ta edə nisar çərxi-əxzər,Almış başa ol təbəq-təbəq zər.Şayəd ki, görə səni sitarə,Tikmiş yola dideyi-nəzarə.Ta kim bula rütbə payeyi-ərş,Düşmüş yoluna özün qılub fərş.Ta yetişə paybusi-yarə,Səf çəkdi məlayik intizarə.Ey məhrəmi-bəzmi-sirri-ülfət,Ta olmiyə fövt vəqti-fürsət.Atlan bu Büraqi-bərqrahə,Yetür özüni o bargahə.
Ver zinəti-nöh süpəhri-əxzər,Ol əhli səmayə sayə göstər.Xoş ol ki, minüb büraqi-razə,Əqsayə yetüb durub niyazə.Basdun qədəm andin asimanə,Verdün məhə möhrünü nişanə.Rə’yin dili-Tirə verdi nuri,Nahidə sürur ilə hüzuri.Qədrin çü yetişdi afitabə,Zərbəft ona bağladı əsabə.Bəhramə yetişdi bəhrə səndin,Fərman yeridüb o şəhrə səndin.Bərcisə açub dəri-məunət.Verdün ona qayəti-rəunətDurdu çü huzurinə müqabil,Həll etdi Zühəl təmam müşkil.Qıldun dili-sabitati rövşən,Ol gülxən olundu tazə gülşən.Gördükdə səni rəvaqi-sadə,Qıldı durub ətləsinü sadə.Lövhü qələmə sürur verdün,Kürsi ilə ərşə nur verdün.Payanə yetüb cəhati-həsti,Dövranə yetişdi təngdəsti.Şövq eylədi çün sənə dəlili,Saldun o büraqü Cəbrəili.Ta rahləsin qıla səbükbar,Hər mənzilə yetdi qoydu bir bar.Bir növ’ mücərrəd oldu ol nur,Ta özün özündin eylədi dur.Rəf’ oldu hicabü qaldı rəfrəf,Yetişdi mükəllifə mükəlləf.Didarə çü məhrəm olmadı eyn,Oldu yüzə pərdə qabi-qövseyn.Ol pərdə durur pür əmri-hariq,Ta anlana sirri-xəlqü xaliq.Ol əmr əgər olsa idi haciz,Mümtaz idi imtiyazə aciz.
Gər görmədi ani çeşmi-didə,Haşa ola qürbidən rəmidə.Əlbəttə, bu dideyi-zəmani,Görməz şəhi-mülki-laməkani.Tən didəsidür həmişə tənbin,Can çeşminədür bir özgə ayin.Ney-ney qələtəm ki, çeşmi-heyrət,Yadlığ kilidin kim etdi rö’yət?!Bir kər aça qeyrə didə babın,Görməz dəxi ol yüzün kitabın.Verdükdə hərimi-pərdədari,Məhbubinə rütbeyi-cəvari,Hər növ’ ona açdı üqdeyi-raz,Hər razdə bin kəlam edüb saz,Saz zahirü sözidin xəfadə,Künd oldu qələm bu macəradə.Cari nə zəban o göftguyə,Avaz nə aşina gəluyə.Nə bir tərəf ol kəlamə qail,Nə bir cəhətə səda müqabil.Xamuş, Məsih, kəs bəyanın,Saxla ədəbin yığub zəbanın.Keyfiyyəti-hali-razi-biçunDi, qandadurur bəyanə məşhun?!Ol sirrə kim oldu di xəbərdar,Bəsdür sənə bu nümunə izhar.Yoqdur sənə çün bu yolda həmrah,Yek döndərəsin bu rahdən rah.
Kitabxana.az · https://kitabxana.az/en/works/mesihi-beyan-eyler-bu-me-raci-resuli-xas-ile-ame
Use ← → keys to move, R for a random poem
More by this author
Saqi, qanı kövkəbi-yəmani,Müştaq onadür bu lə’l kani.
Mənəm ki, dərdə kan oldum sirişkim lə’li-nabındanMənəm ki, dərdə kan oldum sirişkim lə’li-nabından,Məhəbbət nəxlni sərsəbz qıldım didə abından.
Mənəm ki, sinə çak etdim fəraqın iztirabındanMənəm ki, sinə çak etdim fəraqın iztirabından,Yeritdim cuyi-xun ol rövzəyə heyvan hübabından
Təmamiyi-süxənÇün söylədi ol kigari-tənnaz,Cananəsinə həqiqəti-raz.
Poems by other poets
Özün yaxşı-pis qapılar açarsan,Bir ox atıb könlüm evin yıxarsan,
Gəraylı: Aşiqlik peşəsin qıldımAşiqlik peşəsin qıldım,Namusdan, ardan ayrıldım,
Didəbanam rəhguzari-şahı gozlər gozlərimDidəbanam rəhguzari-şahı gozlər gozlərim,Baqmazam qeyri yola, şəhrahi gozlər gozlərim.
Təcnis: Çığrışıb çığrışıb ötən sonalarÇığrışıb çığrışıb ötən sonalarYaşım nədən oldu yarada bilmən