Saqi, qanı kövkəbi-yəmani,Müştaq onadür bu lə’l kani.Dur başın içün gətür zühurə,Qoyma məni mübtəla qüsurə.Sungil mənə badeyi-rəhiqi,Qıl cöhreyi-kahimi əqiqi.Tarını düzüb bu ruyi-kanə,Zinət verəyim ruxi-bəyanə.Səndin mənə salmaq aftabi,Məndin göstərmək abü tabi.Sərrafi-məcalisi-məani,Bu növ ilə qıldı nüktədani.Vərqayi-həzinü dil pərişan,Oldu öz işində zarü heyran.Səbr etməgə qalmadı qərari,Yox kisədə nəqdi-vəsli-yari.Zira ki, ona əlindəki mal,Olmazdı kilidi-babi-amal.Himmət diləməz riayəti-qeyr,Gəlməz gözünə bəzaəti-qeyr.Bir gün durub ol xücəstə girdar,Ətrafə salub bəridi-əfkar.Kimdən görünə anın güşadi,Ya kim aça ol dəri-muradi.Yetişdi süruşi-huşi anın,Hər babdə pərdəpuşi anın.Dedi ona: – Ey həzar dəstan,Dilxəsteyi-xari-bağü bostan.Əcz etmə dəxi hilalü mahə,Dur yetür özün Səlim şahə.Ol sayeyi-rəhməti-ilahiMülki-Yəmənin durur pənahi.Xalu sanadur o sahibi-təxt,İqbalı rəfiqü yaridür bəxt.

Nəğğa’ özü, sayəsi hümayun,Hatəm kərəmindən aldı qanun.Gördükdə anı bitər muradın,Bağla bu kəlamə e’tiqadın.İstər səni daim ol sərəfraz,Vacibdür o tarə düzməgin saz.Xatirdə sənin xəyalü fikrin,Ağzında müdam mədhü zikrin.Duysa bu müsibəti əzani,Kefiyyəti-cəngü macərani.Əlbəttə, durub o bəhri-zaxir,Bir firk səninçün eylər axir.Vərqa çü bu razə oldu mülhəm,İlham ona açdı babi-mübhəm.Filhal düzüb o sazi-rahi,Pəs getdi görüb hilalü mahi.Min üzr ilə dedi ol yeganə,Sizsiz mənə imdi atə-anə.Dövrümə müxalif oldu dövran,Qarətzədəliq qılub pərişan.Yox bir yerə munda ruyi-rahim,Qaim ona ola püşti-cahim,Sizdən mənə yetmədi himayət,Yox faidə qılməgim şikayət.Meylim bu, gedəm Səlim şahə,Salam özümü o bargahə.Hala qəmu xəlq malədür yar,Bimalə bu gün yox oldu miqdar.Gördüm sizə həm o müddəadur,Bu iqdəyə ol girehgüşadur.Gər olsa rəfiq feyzi-bari,Tale mənə qılsa qəmküsari.Rəf ola küdurəti-xəcalət,Şad edə məni hüsuli-hacət.Varmaq mənədür bu gün zəruri,Namusa xələl durur səburi.Vacib sizi eyləmək xəbərdar,Getdim mənə himmət eyləyin yar.

Bir şərt edərəm sizə nihani,Ta gəlməgimin ola nişani,Altı aya dək nəbudü budəm,Mə’lum olunur ziyanü sudəm.Səbr eyləyübən bu intizarə,Ol müddəti eyləyün şümarə.Gər bazuma tö’mə versə iqbal,Bu ovcə açam yenə pərü bal.Bər versə əgər nihali-məqsud,İnşallah ki, qayıdam zud.Gər ruzi-ümidim aftabi.Rəf etmiyə zülməti-hicabi.Çün vermiyə əl fərağəti-dil,Dutmaq dəxi yüz bu rahə müşkil.Gəlməz dəxi ol göhər bu kanə,Avarə olub düşər cəhanə.Çün olmiyə bəxtimin nəvidi,Siz dəxi durub kəsin ümidi.Ol gövhərə kim ola xiridar,Verün o gün ixtiyarınız var.Yazılmış əgər bu tərz təqdir,Mümkünmüdür olmağında təğyir.Yox kimin əlindən eyləyəm dad,Sizdən mənədür yetən bu bidad.Munu deyüb ol sitəm rəsidə,Çıxdı tökübən sirişki-didə,Çağırdı pəs ol pəri xisali,Ta bir də görə rüxi-vüsali.Gəldükdə hüzurə ol səmənbər,Gördükdə ani qəmə təvangər,Rəf’ eylədi pərdeyi-müdara,Pünhan qəmin etdi aşkara.Dedi ona, ey mənim rəvanım,Vey maliki-mülki-cismü canımYox dərdi-dərunimə nəhayət,Qansı biridin açım hekayət.Gördün ola neylədi zəmanə,Yalquz məni qoydu atə-anə.

Şəbxuni-ədu yetürdü bidad,Oldu qəmu malü cah bərbad.Əm qılmadı əhdinə vəfani,Anan durub eylədi cəfani.Mənsəb gedübən pozuldi ləşkər,Yanmadı çirağü sövdi əxgər.Can içmədi şərbəti-vüsalın,Tən bulmadı qürbi-ittisalın.Avarəligə verüb qərari,Min bə’d mənü fəğanü zari.Qorxum bu durur ki, zilli-idbar.Hicrə məni eyləyə giriftarYoqdur çü təmizi bağbanın,Bu bülbülə cövri çoqdur anın.Sala durub ol hərif ayağə,Bülbül yerinə zəğən bu bağə.Əmma sənə çoqdur e’tiqadım,Üzülmiyə rişteyi-muradım.Gər bülbül irağ olursa güldən,Gözdən gedə, getmiyə könüldən.Unutmiyəsən məni figari,Tərk etmiyəsən təriqi-yari.Qayim oluban rəhi-vəfadə,İncimiyəsən çəkən cəfadə.Yetdi mənə nəkbəti-ziyanəm,Yoldu pərü pozdu aşiyanım.Bidadına eyləyüb nişanə,Çəkdi xəti-neyl o xanümanə.Getdim mən əgər, sən imdi sağ ol,Asib zəmanədin fərağ ol.Gər var o qərarının qərari,Xərc eyləmə nəqdi-e’tibari.Dut guşeyi-səbrü saxla rahim,Gözlə məni bozma dəstgahim,Ömrüm ola gər yetəm hüzurə,Səbr ilə bu firqəti-zərurə.Bu rəsmə durub niyazü razə,Dərd ilə bu şeri düzdü sazə.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets