Çün Əmr eşitdi bu məqali,Ol şüğlidə bərhəm oldu hali.Bildi ki, od aldı nəxli-külfət,Yox faidə dəxi qıla ülfət.Öz-özünə fikr edüb o məl’un,Cəzm etdi ura o qövmə şəbxun.Şayəd ki, bula vüsali-dilbər,Ol dürcdin ala əqdi-gövhər.Çün zaği-zəmanə açdı balın,Saldı yerə sayeyi-vəbalın.Tavusi-fələk olub hisari,Ol məşğələdin dutub kənari,Şahənşəhi-Çin olundu məğlub,Ceyşi-həbəş oldu mülkə mənsub.Xaqani-nəharə yetdi idbar,Rayatini eylədi nigunsar.Divi-şəb açub yədi-tətavül,Ləşkər yeridüb düzüb qəravül,Ta göz aça dideyi-zəmanə,İlqar ilə yetdi ol məkanə.Kim cəm’ idi anda nazəninlər,Təşvişi-zəmanədin əminlər.Məşğuli-sürur mərd əgər zən,Nə bimi-ədu, nə xövfi-düşmən.El cümləsi qafil ol bəladən,Kim nə yetər onlara qəzadən.Ruz oldu qərini-şami-nikbət,Yağdurdu bəla səhabi-külfət.Şəbxun olara yetürdi düşmən,Şay əhlinə şivə oldu şivən,Nagah olara yetişdi yaği,Sərsər yeli sovdurub çiraği,Kim göz açdı töküldü yaşi,Baş qavzadi kim kəsildi başi.

Ol məzrəə düşdü bərqi-atəş,Çün zülfi-təban olub müşəvvəş.Saldı ələ Əmr arzusun,Yə’ni o cəmaətin ərusin.Düşdükdə ələ o dürrətül-tac,Ol fövcə açıldı dəsti-tarac.Düşdü ələ gövhərü zərü sim,Həm vəzni-xəraci-həft iqlim.Qafil gecə xəsm zurdəsti,Naçar olara verüb şikəsti,Yüz gizlədi cümlə yarü əğyar,Sər neyləyə olmaz isə sərdar?!Hərçənd qoşun ola dilavər,Qafil ona həmlə qılsa ləşkər,Axır gedüb əldən ixtiyari,Dutar yüzünə rəhi-fərari.Hiç anlamadı o cəm’i-məğlub,Talib kimü qanda vardı mətlub?Məclis dağulub pozuldu ain,Oldu çü Benat nə’ş Pərvin.Hər fərd qılub özünə çarə,Bin hiylə ilə çıxub kənarə,Göstərdi o zülmi-pür qəramət,Ol cəm’ə nümuneyi qiyamət.Ayrıldı qız atadan, anadan,Əldən-ələ düşdü ol bəladan.Damad ərusin eylədi güm,Ər övrətə qılmadı tərəhhüm.Kim qaçdı çıxardı müft-cani,Baş saxladı verdi xanümani.Əksər el olundu qətlü ğarət,Rahat güli oldu xari-möhnət.Zur eylədi Əmrə dəstgiri,Gülşani qılub anın əsiri.Bulduqda o zülmdin fəraği,Qayıtdı səbükrəvan o yaği.Kəsb eylədi kam o müddəadən,

Çıxmaq dilədi rəvan aradən,Bozduqda o dun ara qəbili,Dutdu yüzə gəldüki səbili.Vəhm eylədi ol pəlidü xunxar,Əhya əgər olsalar xəbərdar,Nagah dönə şiveyi-tətavil,Qurtulmaq aradan ola müşkil.Çün şaməti-Şam olundi axir,Sübh eylədi rayətini zahir.Bami-fələk üzrə kusi-zərrin,Çaldurdi-düzüb bir özgə ain.Göstərdi ələm dağıtdı pərçəm,Ol xosrovi-çar rükni-aləm,Cəm’ oldu o qövmi-dil pərişan,Didə giryanü sinə büryan.Hər birə cəfa qılub zəmanə,Ev yıxmışü pozmuş aşiyanə.Sayə olar üzrə salmış idbar,Qılmış qəmuni bəlalərə yar.Vərqayi-həzinü zarü əfkarNə dil əlidə, nə daməni-yar.Çıxmış dutulan şikar əlindən,Dökmüş badeyi-xümar əlindən.Bir növ ilə qıldı ahü nalə,El cümləsi ağladı o halə.Dərdi-dilini qılub şümarə,Yağdurdi o məcməə şərarə.Ol firqətə yarü hicrə həmsər,Bu bir qəzəli oxur mükərrər.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets