Əvəlki cəngidür bu qövmi-Əntərbirlə Vərqanın
Ta göstərdi Sekəndəri-ruz,Mir’ati-cəmali-aləm əfruz.Baş qovzadı xur misal Vərqa,Hər tük ona bir sinani-qövğa.Cəng etməgə gördü ərzi-ləşkər,Ariz saydı igirmi min ər.Açdurdu rəvan həsar babın,Çıxdı verə düşmənin cəvabın,Səf bağlıyuban açıldı e’lam,Pür oldu şərabi-tiğdin cam.Məh şəqqə yetürdi aftabə,Gərdun başına olub əsabə.Gürdan üzə dutdu rahi-kinə,Saçıldı şərarə nari-sinə.Avazü nəfirü naleyi-kus,Ol rəzmdə ərşi qıldı pabus.Dövran görüb ani üzdü məhmil,Qoydu yerə surunu Sirafil.Düşmüş o ki, ol hüjəbri-meydan,Bir əldə qılıc, bir əldə qalxan.Yox vəhm ona kəsrəti-ədudan,Pərvasi o qövmi-cəngcudən.Meydanə girüb çü pili-sərməst,Qədri uca, sayəsi zəbərdəst.
Sıçratdı səməndi-badpayi,Seyr etdi dutub həva hümayi.Yetdükdə bərabəri-əduyə,Su verdi hüsami-göftguyə.Çağırdı ki, ey şəriri-bidin,Yaxşımı durur bu tərzü ayin.Öz mülkünə qılmayub qənaət,Verdin yelə xərməni-fərağət.Əl yetmədi taleində kamə,Hirsin saldı səni bu damə.Müşkül görünür sənə xilasiAsan əridür bu od risasi.Oğlu mənəm ol Hümam şahın,Gəldüm ki, pozam bu dəstgahın.Adım Vərqa, özüm hicazi,Birdür mənə şüğli-cəngü bazi.Qovğa günü Rüstəmi-zəmanəm,Həyca dəmi bərqə həminanəmDüşmüş bu gün əxtərin vəbalə,Qıl fikrini uyməgil məhalə.Qalmaq əgər istəsən səlamət,Döndər yüzünü yaşur əlamət.Algil ələ rahi-nagüziri,Qoy şahilə cümleyi-əmiri.Dur cəhd qılub rəhi-fərarəŞayəd çıxa zövrəqin kənarə.Yoxsa yüzə aç dəri-nəbərdi,Zahir ola xəlqə zuri-mərdiÇün anladı ol əduyi-sərkəş,Nə kanundən durur ol atəş.Ol vaqiə saldı irticacə,Uymiyə küyə durub əlacə.Ta tir xitab qıldı pürtab,Saçsın biri tez ol atəşə ab.Çıxdı ona qarşu bir həzarə,Səffak adı, özü guh parə,Mərkəb kəmərində zin şükuhi,San atlanmışdı kuh kuhi.
Aldı ələ nizə ol dilavər,Vərqayə yetüb çü badi-sərsər,Gəncur o şivədin xəbərdar,Oldu ki, yetişdi gəncinə mar.Döndərmədi püşt o həmlədin ru,Xəm eylədi püştü dutdu pəhlu.Çün hirzi-müşəyyəti-xudayi,Rəf’ eylədi andan ol bəlayi.Bər vermədi xəsmə çün nihali,Ol nəxldin ötdü dəst xali.Çapuk gerü döndü ol cəvanbəxt,Çaldı ona tiğ bal edüb səxt.Yetdükdə o bərqi-tizrəftar,Ol peykəri qıldı xakə həmvar.Tiği-əcəl ona saldı sayə,Çəkdi ani guşeyi-fənayə.Bu almağı seydi bazi-dövlət,Oldu şəhə fali-fəthü nüsrət.Səffakə o zərbdəsti-hayil,Ə’dani sərasər etdi bəd dil.Zira ki, o gündə xəsmi-pürfən,Ovci-dər’ üzə eyləmişdi cövşən.Ta tiğə olundu bir işarə,Qıldı ani çün xiyar parə.Ol rəmzi-nihani duydu Əntər,Təklifə yetişdi kari-ləşkər.Dökdü yerə badə, atdı cami,Pəs qaxıdi ləşkərin təmami.Bais nədurur bu irtiaşə,Durmaq gerü, getməmək səvaşə.Ad dutdu birini qıldı avaz,Təşrif ilə eylədi sərəfraz.Ordu miri, Dəvalə nami,Tabe ona ləşkəri-təmami.Yalquz neçə kər o kuhi-peykər,Alub dejü pozmuş idi ləşkər.Meydan ona xaneyi-ərusi,Zahirdə firəngü əsli rusi.
Dil açdı ona o cəm’ə malik,Key nari-məarikü məhalik.Dur yandura gör bu xari-rahi,Ta yol bula ləşkərü sipahi.Təklifimi bilmə kəsri-şanın,Gör şanını həm o mihmanın.Qayim sənə püşti-e’tiqadım,Səndin hasil olur muradım.Durdu o Dəvaleyi-səbükray,Cəng alətinə girüb sərapayOl dəst dirazü ömr kutah,Meydani-cidalə gözlədi rah.Qıldı özə şivə məkrü hiylə,Vərqa ilə durdu qalü qiylə.İstərdi ki, edə ani qafil,Heyf edə o çapukə bu kahil.Dedi ona: – ey hicazmilad,Olmaz iki ömri-adəmizad.Dur saxla əlində nəqdi-həsti.Vermə özünə, bizə şikəsti.Fikr eylə bu ləşkəri-giran səng.Axir ki, sənə mədar edər təng.De bizə nə heyf qıldı şahın,Ta neyləyəsən sənü sipahın.Verməz sənə sud bu təhəvvür,Axir səni xar edər təkəbbür.Var əldə bu gün ki, ixtiyarın,Yegdür bu qərardin fərarın.Verməz sənə sud o gündə şivən,Zənciri-ğül ola tövqi-gərdən.Xətm eyləmədin müzəxrəfati,Vərqa tərəfinə sürdü ati.Şəm olduğindən zəban sərasər,Bir püfdə fənasidür müğərrər.Gördü anı çün o bərq şəmşir,Bu bəbrə kəmin dutubdur ol şir.Göstərdi o xəsmə özni kahil,Təprənməyübən o mərdi-aqil.
Pünhan gözədüb təriqi-fürsət,Ta xəsmə ziyadə oldu cür’ət.Qıldı ani püxtə rayi-xami,Ol şahə çalam dedi hüsami.Vərqa ona dutdu piş dəsti,Ta bulmıya xəsmdin şikəsti.Qıldı ani ta yetürdü asar,Bir loqma nəhəngi-adəmi xar.Ardınca yetişdi bir dilavərOl həm yerə qoydu dər’ü miğfər.Əlqissə kimə yetişdi növbət,İçirdü ona şərabi-həsrət.Ta üsrədək ol hüjəbri-meydan,Səksən iki kafir etdi bican.Gün keçməgi oldu bir bahanə,Kimsə dəxi gəlmədi miyanə,Dutdu rəhi-qəl’ə ol dilavər,Pabusə yetüb vəzirü ləşkər.Qıldılar əda lüzumi-tə’zim.Göstərdi qəmu rüsumi-təslim.Rahət yetişüb dili-figarə,Girdi qəmu ləşkəri hisarə.Gecə düşdü büsati-pərgar,Pəhlu yerə qoydu yarü əğyar.Həm kimdə bu fikr taleyi-dun.Yarın kimi edə zarü məğbun.
Kitabxana.az · https://kitabxana.az/en/works/mesihi-evelki-cengidur-bu-qovmi-enterbirle-verqanin
Use ← → keys to move, R for a random poem
More by this author
Qafil biri-birdən iki ləşkər,Göstərdi tilayə xosrovi-xur.
Vida edüb Yəmən suyinə əzmidür bu, VərqanınSaqi, qanı kövkəbi-yəmani,Müştaq onadür bu lə’l kani.
Mənəm ki, dərdə kan oldum sirişkim lə’li-nabındanMənəm ki, dərdə kan oldum sirişkim lə’li-nabından,Məhəbbət nəxlni sərsəbz qıldım didə abından.
Mənəm ki, sinə çak etdim fəraqın iztirabındanMənəm ki, sinə çak etdim fəraqın iztirabından,Yeritdim cuyi-xun ol rövzəyə heyvan hübabından