Saqi, nə durur bu rəsmi-bidad,Çıqdı fələkə nəfiri-fəryad.Qılma məni binəva nəvadən,Kəsmə kərəmin bu aşinadən.

Tök xuni-dili-sürahivüdənBu məcmə’ə sal bir özgə şivən.Sun sağəri-eyş bəxtü qəmgah,Həm çöhri-hilalü həm rüxi-mah.Nagah qılur dur olma qafil,Ol xəsmi-xümar qarəti-dil.Dut zeyli-ərusi, nəş’eyi-cam,Ta ki, çıqarur başından əyyam.Kam al çü quruldu bəzmi-işrət,Sür rəxş çü var əlində fürsət.Kimsə nə bilür ki, dövri-axir,Nə lə’bi-müşö’bəd edə zahir.Ol katibi-hadisati-dünya,Beylə bu misalə çəkdi tuğra.Çün qövmi-Büneyni-Şeybə əksər,Ol rahi-sürurə gərm edüb sər,Batdılar o qülzumi-nişatə,Məşğul o tərhi-ixtilatə.Bir həftə içildi rahi-rahət,Kəsb eylədi kami-dil fərağət.Axır oları durub zəmanə,Qıldı həsəd oxuna nişanə,Yağdurdu olara tiri-bidad,Qıldı l nişatü eyşi bərbad.Gördükdə ol iki həmxəyali,Bulduqda yavuğ şəbi-vüsali.Dutub yüzə şiveyi-nifaqi,Cəm eylədi ləşkəri-firaqi.Saldı arayə hüsami-şəbxun,Məğbun ola ta ol iki məftun.Yıxmaqda durur zəmanə bünyad,Qafildür özündən adəmizad.Bilməz başa gəldügi ümuri,Var başidə aləmin ğüruri,Ol əsrdə bir pəlidi-xunxar,Bəxti ona yar, o cəm’ə sərdar.Əmr ismi, eli adı Bənu Zeyf

Səhragüzər ol şitavü gər seyf,Dutmuşdu rəhi-xilafi-islam,Kəsmişdi rəhi-Hicaz ilə Şam.Azar işi cünbişiydi qarət,Əbnai-səbilə şərrü afət.Əclaf, zəmanə dəstyari,Bidad ilə zülm karü bari,Xəsm ona açanda babi-rahi,Məhsureyi-bər anın pənahi.Bir dəşt ki, vəhmi-mürği-calak,Güm eyləmiş anda rahi-idrak,Abü çəməni sərab ilə xar,Hər xar kəfi-xəyalə mismar.Fülki-ələmə zəfər imadi,Tufani-xətərdə gərdi-badi.Ol əf’iyi-dəştü quli-səhra,Qılmış o yeri özünə mə’vaOl ərsədə bağlamış səməndi,Ta kimsədin olmasın gəzəndi.Casusi anın gəzərdi hər yan,Pünhan gözə çün bəlayi-dövran.Eylərlər idi o gəbri agah,Hər vaqiyəyə ki, bulsalar rah,Bir gün ona cəm olub cəvasis,Çün amileyi-cünudi-iblis.Kim gördügidən qılar rəvayət,Eşitdügidən kimi hekayət.Kim dust sözün salub miyanə,Kim düşməndin düzüb fəsanə,Kim şərh qılur rüsumi-əhya,Kim nəql eylər səfayi-mə’va.Söylər kimi gördügi məhəldin,Tumari-kəlam açub gözəldin.Casusi-büneyni-Şeybə axir,Açdı gəncin saçub cəvahir.Dedi ona, ey əmiri-kamil,Bəhram sənə qulami-müqbil.

Lütfü kərəmin mənə pərü bal,Düzmüş ki, gəzəm fəzayi-iqbal.Dutdum yüzə hər məkani lanə,Hər ərsədin aldım abü danəAz qalmış ola ərəbdə əhya,Kim qılmamış ani mən təmaşa.Gördüm onları gəzüb sərasər,Əhlini müənnəsü müzəkkər.Gördüm gözəlini hər məkanın,Məhbublərini bu zəmanın.Ellərdə əgərçi var cəmilə,Hər birisi nadiri-qəbilə.Əmma gördüm məlik hilalın,Var bir qızı qabili-vüsalın.Gülşa adı bir büti-yeganə,Az görmüş anın kimi zəmanə.Tövsifidə lal anın zəbanım,Tə’rifidə bağludur dəhanım.Ol nadirənin misalı yoxdur,Hər guşədə dərdməndi çoxdur.Bir cövhərin olmasa nəziri,Qalmaz təşbihə dəstgiri.Həml eyləmə sidqimi xilafə,Mən yar degil bu sözdə lafə,Çox kimsənə istəmiş vüsalın,Salmış başa nə’şeyi-xəyalın.Heç birinə olmamış müyəssər,Vermək o nihali-vəsldin bər.Vəchi bu əmu görüb o sərvi,Öz daminə salmış ol təzərvi.Oğlu içün eyləmiş güzidə,Ol çeşmi-cəhanə nuri-didə,Verdi o dəğəl düzüb bəyanın,Həm pərinin, elinin nişanın.Canü dili-Əmrə düşdü atəş,Sövda ani eylədi müşəvvəş.Aşiq ani eylədi fəsanə.

Ol gövhəri-pakə qayibanə.Fikr eylədi xatiri-nəjəndi,Bu rə’y anın oldu dilpəsəndi.Kim cəm’ edə cümleyi-sipahın,Duta o Büneyni-Şeybə rahın.Əvvəl qıla ani xastgari,Duta yüzünə təriqi-yari.Verilsə cavab ru səvalə,Pəs dura təriqeyi-cidalə.Hər nö’v ilə olsa ol qəzali,Damə saluban bula vüsali.Cəm’ etdi o şüğli-paymərdi,Otuz iki min yəli-nəbərdi.Hər birisi fitneyi-zəmanə,Nə fitnə, bəla biladi-canə.Həm suri-səlahdin mükəlləl,Həm şuri-səlahdin mükəmməl.Seylabi-bəlavü bərqi-cansuz,Ol məzrəə yol kəsüb şəbü ruz.Olmuş bələd ol yolun dəlili,Ta sihhətə yetürə əlili.Çün badiyə qət’ qıldı məhmil,Əksildi yolü kəsildi mənzil.Pünhan dutdu o quli-səhra,Bir guşədə ehtiyat edüb ca,Həm rəf’ oluna məşəqqəti-rah,Həm tazə xəbərdin ola agah.Göndərdi Büneyni-Şeybə casus,Ta yemiyə qıldığından əfsus.Casus olara qılub üburi,Gördü bildi o şüğli-suri.Əmri gəlüb eylədi xəbərdar,Ol qövm sürurin etdi izhar.Dedi ona: getdi ixtiyarın,Vərqayə nəsib olundu yarın.Yarn gecədür şəbi-zifafi,Yox başın içün munun xilafi.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets