Bu, qurtarmaqdurur Vərqa nigarın dəsti-Ə’dadən
Ol katibi-varidati-adəm,Ol mümliyi-vaqiati-aləm,Acmış dəri-mə’dəni-rəvayət,Ravisidin eyləmiş hekayət.Çün cəngdin ol hümami-dindar,Şam oldu qayıtdı yurda naçar.Alub qıldı vüzu nəmazın,Ol həzrətə bağladı niyazın.Artmış tənü canə iştiyaqi,Kim tərk edə aləmi-nifaqi.Miğbərlərə nəsb edüb qəravil,Ordu içində tiküb yəsavil,Olmiyə gecə o qövmi-nəsnas,Şəbxun ura cümlə saxladı pas.Hər kimsənə bəkləyüb kəmini,Dəgşürmədi olduğu zəmini.Vərqayi-həzin anardı yarın,Kəsmiş o xəyal anın qərarın.Şövq eylədi zur o biqərarə,Sövda ani çəkdi bir kənarə.Der tə’n ilə: – Ey əsiri-hicran,Dur, olma ğəriqi-bəhri-hirman,Bağla belinə nitaqi-qeyrət,Dut gəl yüzünə təriqi-cür’ət.Bəsdür olmaq fəraq əsiri,Algil ələ kari-bəbrü şiri.İç badeyi-şövqdən gülabi,Başdan yerə qoy xümari-xabi.Ey dövləti-mülk, yatma zinhar,Dövlət ola yeg həmişə bidar.Aldanma gələn xəyalü xabə,Dur sargil ayağə paytabə.Gir şəbrov tək siyəh libasə,Qoy ləşkərü tərk qıl əsasə.
Dur hirzi-təvəkkülü sipər qıl,Orduyi-müxalifə güzər qıl.Şayəd sənə tale edə yari,Asan salasan ələ nigari.Həm hasil ola könül muradın,Mənşur ola həm ərəbdə adın.Hər kim ala canına cəfani,Lazım görə ruyi-müddəani.Gər sə’yi yetişməsə muradə,Mə’zur olacaqdur ol aradə.Bu söz ona saldı atəşi-əzm,Ol əzm könüldə eylədi cəzm.Səbr eylədi sakin oldu ləşkər,Durdu ayağa o mah peykər.Düzdü üzə vəz’i-şəbrəvanə,Pünhan o yana olub rəvanə.Duymadı o hali yarü əğyar,Yox kimsə o şivədin xəbərdarYel tək durub ol səri’ seyran,Orduyi-əduyə girdi pünhan.Çadır-çadır gəzərdi ol şah,İqbali rəfiqü bəxti həmrah.Şayəd ki, bula məkani-yari,Qəmgininin ola qəmgüsari.Hər çadıra kim güzar edərdi,Casusluq eyləyüb gedərdi.Gəzməkdə yetişdi rahi-Vərqa,Ol çadıra konda idi Gülşa.Ol vəqtdə şe’r oxudu yari,Vərqanı anub qılardı zari.Bəxt ona yetürdi müddəasın,Eşitdi nigarının sədasın.Gördi irəlü gedüb nihani,Uyxudə qəmu nigahbani.Yox-yox qələtəm ki, çeşmi-ə’da,Ta görmiyə olmuş idi ə’ma.
Çün çadıra girdi ol səbükseyr,Gördü ki, yox anda yardin qeyr.Zülmətdə göründi abi-heyvan,Sərsəbz oluban nihali-hirman,Gülşa dəxi baxdı, gördi yarın,Tanıdı o rahəti-rəvanın.Açdı ağız anda ahü zarə,Ta şərh edə dərdin ol nigarə,Ahətsə o şiri-bəbr ahəng,Gülşayə dedi ki, vəqtdür təng.Olmuya ədu ola xəbərdar,Çıqmaq bizə dəxi ol düşvar.Salub oda daneyi-sepəndin,Açdı o qəzalə paybəndin.Can etməgi yarının nisari,Asan ələ saldı vəsli-yari.Tişrə çıqub ol iki yeganə,Mərdanə ətək çalub miyanə,Yatmaqda o cəm’i-pasibani,Bildilər özə qənimət ani.Bu tiğ çalub, o, zərbi-xəncər,Üç yüz təndin qopardılar sər.Olduqda üqabü çərx həmbal,Ol əzmdə qanə batdı cəngal.Ta vermiyə əksi-nəqş tədbir,Tez çıxdılar andan ol iki şir.Verdi əl-ələ ol iki həmraz,Bizəbti-rəqibü tə’ni-qəmmaz.Əğyarsız ol iki vəfadar,Bir-birə qılardı dərdin izhar.Hər bir-birin oxuyar kitabın,Leyk açmaz üzə zəxirə babın.Vərqadur əgər o gecə Gülşa,Bir-birinə eyləyüb təmaşa.Məsdud idi çün dərdi-iradə.Göz açmadı heç bir ol muradə.
Bülbül gülü görsə bitəkəllüf,Yox qeyr təfərrücə təsərrüf.Ol iki şəhi-səriri-iffət,Dutdular üzə təriqi-ismət.Gahi o muna durar müqabil,Gəh bu qol ona edər həmail.Şərbət bu ona verür ləbindən,Gəh ol muna busə qəbğəbindən.Gər girsə bu qəmzədin kəmanə,Ol şivəsini salur miyanə.Bu ona baxub gedər qərari,Eylər o muna baxanda zari.Gah ol birisi gedər özündən,Gəh yox xəbəri birin sözündən.Gəh bir-birinə olub həmağuşOlurdu ikisi dəxi mədhuş.Qafil oları qılub o halət.Ta keçdi bu rəsmə neçə saət.Axir yetişüb rümuzi-ilham,Göstərdi təriqü qıldı ə’lam.Key süxteyi-məhəbbətü həmmOl dərdə degil dəva bu mərhəm.Tez təprənübən çıxın aradənQurtula görün qəmu bəladən.Yol yeriyübən kəskin məsafət,Var onda hənuz xovfü afət.Səhl ola bu bir zəman vüsali,Salın ələ qürbi-mahü sali.Əlhəq necə ola qürbə xürsənd,Aşiq kola vəslə manevü bənd,Çün sazə düzüldi tari-qanun,Pəs ola iki bir-birinə məftun.Ta görmiyələr aradə afət,Qə’t eylədilər durub məsafət.Tavusü üqabə rüx zəmanə,
Döndərdi, yetürdi aşiyanəDüşdi o cəmaət içrə qövğaGülşani varub gətirdi Vərqa.Kim göz açdı o məh cəbinə,Döndərdi səlami afərinə.Əzbəs saçılub, dua nisari,İtürdi yazan mələk şümari.Vərqa o gecə şükuftə xatir,Can hazir ona, o canə nazir.Çaldılar aradə kusi-şadi,Ta anladi ləşkəri-iadi.Aya dedilər bu nə əməldür,Şad olmaqla bu nəçük məhəldür,Məhbub əsirü xanə qarət,Yox eyşə əsaseyi-imarət,Guya ki, bu gecə tazə ləşkər,Yetmiş, vermiş o bəzmə zivər.Əlbəttə, əbəs degil bu şadi,Bu sur verür nəvidi-yadi.Axir duydi təmam ləşkər,Gülşa işin ol gecə sərasər.Pəs Əmri-pəlidi çarü naçar,Ol vaqiədən qılub xəbərdar,Eşitdi çü Əmr o macərani,Həsrət oduna tutuşdi cani.Gördi çıxmış şikar əlindən,Qurtulmuş o gül bu xar əlindən.Getmiş yelə xərməni-xəyali,Qalmış ol arada dəst xali.Bər dökmiş o nəxli-müddəasi,Zaye’qəmu çəkdügi cəfasi.Təqsirinə var həzar heyrət,Hər heyrətə səd həzar həsrət.Səbr etdi o gecə ta səhərgah,Qəm yarü rəfiqü qüssə həmrah.Bəxt aldı çü verdügi xəraci,Səbr eyləməyə nədür əlaci.
Kitabxana.az · https://kitabxana.az/en/works/mesihi-bu-qurtarmaqdurur-verqa-nigarin-desti-e-daden
Use ← → keys to move, R for a random poem
More by this author
Ah, kim dövrani-kəcrov halımı zar eylədi,Dil pərişan, didə pürxun, sinə əfgar eylədi.
Bu, Vərqa duyduğudur nəyləmiş əğyar bidadiBafəndeyi-dəstgahi-əxbar,Surətgəri-gargahi-asar.
Bu, Vərqa qıldığıdur çərxə tə’nəKey çərx, nədür bu rəsmi-bidad,Fəryad işinə həzar fəryad.
Bu, Vərqa mahilə rəzm etdigidürKey mah nədür sənin xəyalın,Gəh naqisü gəh olan kəmalın?
Poems by other poets
Fələk, sənə nə adətdir,Ayrılmaq yarı yarından,
Təcnis: Əhəd, lə yəzəl, vahid, yəktaƏhəd, lə yəzəl, vahid, yəkta,Salma məni gözdən ayağa hərai,
Yazgınan - GöndərrəmƏli**Ata, sən gedirsən qürbət ellərə,
Hər nə kim almaq dilersən, al ilə gəl məndən alHər nə kim almaq dilersən, al ilə gəl məndən al,Aldanıram mən sənə, sən hər necə edərsən al.