Ah, kim dövrani-kəcrov halımı zar eylədi
Ah, kim dövrani-kəcrov halımı zar eylədi,Dil pərişan, didə pürxun, sinə əfgar eylədi.Tikdi keydi-bağban gül üzrə çətri-sayban.Zülm əli, bidad cövrü bülbülə kar eylədi.Aqibət ol dəstbürdi-tişeyi-cövri-fələk,Bünyeyi-eyşim yıxıb iqbali ibdar eylədi.Urdu zəxmi-dilxəraşi xatiri-naşadimə,Nəqdi-vəsl əldən alıb, hicran ilə yar eylədi.Eyləyüb məğlub əhvalımnı dövri-zali-dəhr,Nəqsi-əhd ol nəqz rə’y iqrarə inkar eylədi.Gecələr qəm heyrəti ol aftabın həsrəti,Bəstəri-səncabü xəzimni gözə xar eylədi.Gizlə razın, səbr qıl axır sənə dərman verir,Ey Məsih, ol kim səni dərdə giriftar eylədi.
Kitabxana.az · https://kitabxana.az/en/works/mesihi-ah-kim-dovrani-kecrov-halimi-zar-eyledi
Use ← → keys to move, R for a random poem
More by this author
Ol katibi-varidati-adəm,Ol mümliyi-vaqiati-aləm,
Bu, qovğadə hümamın içdügi şəhdi-şəhadətdürÇün aləmə doğdi bizeyi-nur,Afaqə dağıldı gerdi-gafur.
Bu, Vərqanın atası fövtdin ahü fəğanidürVərqayi-həzin çü gördi ani,Divarının uçdi püştbani.
Əmr ölməgini bəyan edər buRavi usanub bu göftgudin,Vermiş xəbər axiri-ədudin.
Poems by other poets · Separation
Romans*Bulud göydən lal keçər,
Hicran-qəmdiAğçınqıldan qalxan duman,Görüşünə yoxdu güman.
BiləydiMən onu bir könüldən, min könülə sevmişəm.Bu saf məhəbbətimdən görən xəbəri varmı?
Yaxşı adamların həsrətindəyikBu sözü Ağdaşda - mötəbər bir məclisdə mərhum dostum Qulu Xəlilov dedi.*Balaca, bəstəboy,